“Lexus”la qəzaya düşən biznesmen öldü Yenilənib
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, “Lexus” markalı minik avtomobili rayonun Üçgün kəndi ərazisində idarəetməni itirərək dərəyə aşıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
***
Qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
Belə ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü Xaçmaz rayon sakini Orucov Şamil Zehyəddin oğlu ölüb.
Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.
***
Bildirilir ki, qəzada dünyasını dəyişən Şamil Orucov iş adamıdır. O, Xaçmazda fəaliyyət göstərən "Daş bazarı və "Mal bazarı" kimi tanınan ticarət obyektlərinin sahibi imiş.
Mübariz Muradov