Leysan Məmmədovun işdən çıxarıldığı bildirilir

30.10.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun işdən azad edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
Bildirilir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, L.Məmmədov bu vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu.
Xatırladaq ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью