Leysan Məmmədovun işdən çıxarıldığı bildirilir
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun işdən azad edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
Bildirilir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, L.Məmmədov bu vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu.
Xatırladaq ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Bu mövzuda digər xəbərlər:İşdən çıxarıldığı deyilən direktor danışdı
21 May 2025 12:36
İşdən çıxarıldığı üçün müdirini öldürdü
30 Sentyabr 2025 16:02
“LANDMARK” BİZNES MƏRKƏZİ SATILDI Əməkdaşların işdən çıxarıldığı, xarici ofislərin bağlandığı bildirilir
16 Aprel 2025 13:34
Ellada yenidən işdən çıxarıldığı MTV də!
18 Avqust 2025 13:02
Baxış sayı:78
Bu xəbər 30 Oktyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















