Leysana görə İstanbulda dərslər distant olacaq

14.10.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin İstanbul şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədar dəsrslər distant formada keçiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, güclü yağışlar şəhərdə, xüsusilə nəqliyyat sahəsində ciddi çətinliklər yaradıb.

Qərara əsasən, oktyabrın 15-də şəhər üzrə dövlət və özəl təhsil müəssisələrində əyani dərslər keçirilməyəcək.

Bundan əlavə, dövlət qurumlarında çalışan əlilliyi olan şəxslər, hamilə qadınlar, müharibə veteranları və 8 yaşından kiçik uşağı olan qadın əməkdaşlar inzibati məzuniyyətə buraxılacaq.

İstanbul valisi Davut Gül sakinlərə zəruri olmadıqda sabah evdən çıxmamağı tövsiyə edib. O, həmçinin zirzəmi mərtəbələrdə yaşayan sakinləri gecəni daha təhlükəsiz, hündür mərtəbələrdə keçirməyə, su basma riski olan ərazilərdən uzaq durmağa çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью