Leysana görə İstanbulda dərslər distant olacaq
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin İstanbul şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədar dəsrslər distant formada keçiriləcək.
Axşam.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, güclü yağışlar şəhərdə, xüsusilə nəqliyyat sahəsində ciddi çətinliklər yaradıb.
Qərara əsasən, oktyabrın 15-də şəhər üzrə dövlət və özəl təhsil müəssisələrində əyani dərslər keçirilməyəcək.
Bundan əlavə, dövlət qurumlarında çalışan əlilliyi olan şəxslər, hamilə qadınlar, müharibə veteranları və 8 yaşından kiçik uşağı olan qadın əməkdaşlar inzibati məzuniyyətə buraxılacaq.
İstanbul valisi Davut Gül sakinlərə zəruri olmadıqda sabah evdən çıxmamağı tövsiyə edib. O, həmçinin zirzəmi mərtəbələrdə yaşayan sakinləri gecəni daha təhlükəsiz, hündür mərtəbələrdə keçirməyə, su basma riski olan ərazilərdən uzaq durmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 Oktyabr 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















