“Lion”la oyuna doğru: “Pleyoff şanslarını saxlamaq üçün qələbə lazımdır”

28.11.2024

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin V turunda bu gün “Lion”u qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

Veteran futbolçu Yaşar Vahabzadə “FutbolPress“ə açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Qarabağ”dan gözləntilərim böyükdür. Ötən turda Norveçdə qazanılan qələbənin davamını gətirməlidirlər. İnanıram ki, yaxşı nəticə olacaq. Düzdür, rəqibin Fransanın yaxşı komandalarındandır. Buna baxmayaraq, “Qarabağ” bu ölkə təmsilçilərinə qarşı oynayıb və təcrübəsi var. Pley-off şanslarını saxlamaq üçün qələbə qazanmalıdır. İnanıram ki, belə də olacaq”.

Mütəxəssis “Qarabağ”ın oyun zamanı diqqət etməli olduğu məqamları açıqladı:

“Müdafiədə diqqətli olmaq lazımdır. Hücumda olanda top itkilərinə yol vermək olmaz. Rəqibin təcrübəli oyunçuları var və əks-hücumlarda təhlükə yarada bilərlər. Bunun qarşısını almaq lazımdır. Hər bir halda, “Qarabağ” dominant oynamağa və qələbə qazanmağa çalışacaq”.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu Zubir: “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim”

28 Noyabr 2024, 13:00

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Veteran futbolçu: “Qarabağ”ın qələbə qazanacağına inanıram”

28 Noyabr 2024, 12:25

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Lion”la oyuna doğru – STATİSTİKA

28 Noyabr 2024, 9:52

Dünya futbolu, Əsas xəbərlər, Ümumi Avropa Liqası: “Qalatasaray” və “Fənərbağça” səfərdə

28 Noyabr 2024, 8:26

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Qarabağ” “Lion”a qarşı – YENİLƏNİR

28 Noyabr 2024, 8:07

Əsas xəbərlər, Manşet “Qarabağ”ın qələbə şansı var” – Kərimov

27 Noyabr 2024, 21:57

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью