“Lion”la oyuna doğru: “Pleyoff şanslarını saxlamaq üçün qələbə lazımdır”
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin V turunda bu gün “Lion”u qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.
Veteran futbolçu Yaşar Vahabzadə “FutbolPress“ə açıqlamasında matçdan gözləntilərini bölüşdü:
“Qarabağ”dan gözləntilərim böyükdür. Ötən turda Norveçdə qazanılan qələbənin davamını gətirməlidirlər. İnanıram ki, yaxşı nəticə olacaq. Düzdür, rəqibin Fransanın yaxşı komandalarındandır. Buna baxmayaraq, “Qarabağ” bu ölkə təmsilçilərinə qarşı oynayıb və təcrübəsi var. Pley-off şanslarını saxlamaq üçün qələbə qazanmalıdır. İnanıram ki, belə də olacaq”.
Mütəxəssis “Qarabağ”ın oyun zamanı diqqət etməli olduğu məqamları açıqladı:
“Müdafiədə diqqətli olmaq lazımdır. Hücumda olanda top itkilərinə yol vermək olmaz. Rəqibin təcrübəli oyunçuları var və əks-hücumlarda təhlükə yarada bilərlər. Bunun qarşısını almaq lazımdır. Hər bir halda, “Qarabağ” dominant oynamağa və qələbə qazanmağa çalışacaq”.
Şahin Cəfərov
28 Noyabr 2024, 13:00
28 Noyabr 2024, 12:25
28 Noyabr 2024, 8:26
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 28 Noyabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















