Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan-Litva münasibətlərində təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq münasibətlərin mühüm istiqamətlərindən biridir. O, xüsusilə Litvada Azərbaycan gənclərinin ali təhsil müəssisələrində təhsil almasını qeyd edib.
Ceyhun Bayramovun sözlərinə görə, ötən il Litvadan Azərbaycana 200-dən çox turist səfər edib. O vurğulayıb ki, birbaşa uçuşların mövcudluğu və bu məsələnin həlli turizm sahəsində əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yarada bilər.
Aynur Babazadə