Litvadan Azərbaycana turist axınının artması üçün birbaşa uçuşlar vacibdir
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan-Litva münasibətlərində təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq münasibətlərin mühüm istiqamətlərindən biridir. O, xüsusilə Litvada Azərbaycan gənclərinin ali təhsil müəssisələrində təhsil almasını qeyd edib.
Ceyhun Bayramovun sözlərinə görə, ötən il Litvadan Azərbaycana 200-dən çox turist səfər edib. O vurğulayıb ki, birbaşa uçuşların mövcudluğu və bu məsələnin həlli turizm sahəsində əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yarada bilər.
Aynur Babazadə
Baxış sayı:36
Bu xəbər 25 Noyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















