Livanda serbiyalı hərbçi öldürüldü

04.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

BMT-nin Livandakı sülhməramlı missiyası (UNIFIL) çərçivəsində xidmət edən serbiyalı hərbçi atəşə tutulma nəticəsində həlak olub, daha iki sülhməramlı isə yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə BMT missiyasının X hesabında məlumat verilib.

Bildirilib ki, Livandakı BMT sülhməramlı missiyasının tərkibində xidmət edən Serbiya vətəndaşı ölkənin cənubundakı Mərjayun yaxınlığında yerləşən mövqeyə minaatanlardan açılan atəş nəticəsində aldığı yaralardan həyatını itirib.

Hadisə zamanı onun daha iki həmkarı – ispaniyalı sülhməramlılar yaralanıblar. Onların hazırda beynəlxalq missiyanın bazasında müalicə aldığı qeyd olunub.

UNIFIL-dən bildirilib ki, faciəvi insidentin dəqiq şəraitini müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.

Missiya həmçinin həlak olan sülhməramlının ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью