Livanda serbiyalı hərbçi öldürüldü
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
BMT-nin Livandakı sülhməramlı missiyası (UNIFIL) çərçivəsində xidmət edən serbiyalı hərbçi atəşə tutulma nəticəsində həlak olub, daha iki sülhməramlı isə yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə BMT missiyasının X hesabında məlumat verilib.
Bildirilib ki, Livandakı BMT sülhməramlı missiyasının tərkibində xidmət edən Serbiya vətəndaşı ölkənin cənubundakı Mərjayun yaxınlığında yerləşən mövqeyə minaatanlardan açılan atəş nəticəsində aldığı yaralardan həyatını itirib.
Hadisə zamanı onun daha iki həmkarı – ispaniyalı sülhməramlılar yaralanıblar. Onların hazırda beynəlxalq missiyanın bazasında müalicə aldığı qeyd olunub.
UNIFIL-dən bildirilib ki, faciəvi insidentin dəqiq şəraitini müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.
Missiya həmçinin həlak olan sülhməramlının ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 04 İyun 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















