Livandan İsrailə 50 raket atıldı, TəlƏviv belə cavab verdi

06.11.2024

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusu Livandan ölkənin şimalına 50-yə yaxın raket atdığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki. bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl Yuxarı Qaliley bölgəsində həyəcan siqnalı səsləndi və ardınca Livandan təxminən 50 mərmi atıldı. Mərmilərin bir hissəsi havada məhv edilib, qalanları isə açıq ərazilərə düşüb”, – məlumatda deyilir.

Bu arada İsrail Hərbi Hava Qüvvələri də Beyrut hava limanına zərbələr endirib.

Əsas hədəf “Rafik Həriri” Beynəlxalq Hava Limanı yaxınlığındakı Leylaki bölgəsi olub. Partlayışlar uçuş-enmə zolağından bir neçə yüz metr aralıda baş verib. İsrail aviasiyası bir saat ərzində Beyrutun cənub ətrafına yeddi zərbə endirib. Leylaki ilə yanaşı, Haret Hreik və Maamura əraziləri də vurulub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью