Livandan İsrailə 50 raket atıldı, TəlƏviv belə cavab verdi
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail ordusu Livandan ölkənin şimalına 50-yə yaxın raket atdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki. bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl Yuxarı Qaliley bölgəsində həyəcan siqnalı səsləndi və ardınca Livandan təxminən 50 mərmi atıldı. Mərmilərin bir hissəsi havada məhv edilib, qalanları isə açıq ərazilərə düşüb”, – məlumatda deyilir.
Bu arada İsrail Hərbi Hava Qüvvələri də Beyrut hava limanına zərbələr endirib.
Əsas hədəf “Rafik Həriri” Beynəlxalq Hava Limanı yaxınlığındakı Leylaki bölgəsi olub. Partlayışlar uçuş-enmə zolağından bir neçə yüz metr aralıda baş verib. İsrail aviasiyası bir saat ərzində Beyrutun cənub ətrafına yeddi zərbə endirib. Leylaki ilə yanaşı, Haret Hreik və Maamura əraziləri də vurulub.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 Noyabr 2024 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















