Icma.az bildirir, Fanat saytına əsaslanaraq. UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turu davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da bu gün növbəti oyununa çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda son ev oyununda Almaniyanın "Ayntraxt" komandasını son dəqiqələrdə vurduğu qolla məğlub edib.
Matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb: "Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm.
Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular. Bəlkə də azarkeşlər bu qələbəni bizdən çox istəyirdilər.
Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta, deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı gördük.
Azərbaycan futbolu adına çox sevinirəm". Q.Qurbanov növbəti turda "Liverpul"a qarşı keçirəcəkləri oyun barəsində də danışıb: "Liverpula böyü
Orada oynamaq bütün komandalar üçün çətindir. İngiltərənin ən köklü klublarından birinə qarşı çıxış edəcəyik.