Liverpula böyük inamla yollanacağıq Qurban Qurbanov
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turu davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da bu gün növbəti oyununa çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda son ev oyununda Almaniyanın "Ayntraxt" komandasını son dəqiqələrdə vurduğu qolla məğlub edib.
Matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb:
"Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular. Bəlkə də azarkeşlər bu qələbəni bizdən çox istəyirdilər. Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta, deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı gördük. Azərbaycan futbolu adına çox sevinirəm".
Q.Qurbanov növbəti turda "Liverpul"a qarşı keçirəcəkləri oyun barəsində də danışıb:
"Liverpula böyük inamla yollanacağıq. Orada oynamaq bütün komandalar üçün çətindir. İngiltərənin ən köklü klublarından birinə qarşı çıxış edəcəyik. Futbolçularımdan çəkinmədən mübarizə aparmalarını istəyəcəm. Onların azarkeşləri çox aqressiv və davakardırlar. İnanıram ki, futbolçularım İngiltərədə ən azı bugünkü oyunun davamını gətirəcəklər".
Baxış sayı:67
Bu xəbər 22 Yanvar 2026 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















