Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq. Artıq əminliklə demək olar ki, “Liverpul” sona bir neçə tur qalmış çempionluğu təmin
Böyük xal fərqi öz yerində, iş ondadı ki, liderin əsas izləyiciləri də sabit oyun göstərə bilmir, müntəzəm büdrəyir.
MS çoxdan bu yarışdan kənar düşübsə, hesabat turunda “Arsenal”la “Nottingem Forest” də uduzdu.“Arsenal”ın çempionatda məğlubiyyətsiz oyunlar seriyası 15-də dayandı.
“Topçular” London derbisində “Vest Hem”ə sensasiyalı şəkildə uduzdu.
Arteta “Lester”lə ötən turdakı oyunda Merinonu 2-ci hissənin gedişində mərkəz hücumçusu mövqeyində oynatmış və bu gediş özünü doğrultmuşdu.
“Arsenal”ın baş məşqçisi bu dəfə xavbeki yenə həmin mövqedə oynatdı. Sadəcə, qol problemini həll etmək mümkün olmadı.
Meydan sahibləri oyunboyu böyük ərazi üstünlüyünə malik olsalar da, Areolyanın qapısı önündə təhlükəli vəziyyətlər yaratmaq baxımından ciddi problemlə üzləşdilər.
Fransalı qolkiperin oyuna qoşulması üçün o qədər də çox əsas olmadı.