London hava məkanını bağladı

30.07.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Londonun bütün hava məkanı radar sistemindəki nasazlıq səbəbindən müvəqqəti olaraq bağlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Hava Hərəkəti Xidməti (NATS)  radar sistemindəki problemin uçuş təhlükəsizliyinə birbaşa təsir etdiyini, bu səbəbdən bütün uçuşların dayandırıldığını açıqlayıb. 

“Mühəndislərimiz problemi ən qısa zamanda həll etmək üçün çalışır. Nasazlığın nə vaxta aradan qaldırılacağını söyləyə bilmərik”, - deyə açıqlamada bildirilib. 

Qeyd edək ki, London hava məkanında yaranmış nasazlıq Edinburq, Birmingem və Mançester kimi digər şəhərlərdəki hava limanlarından uçuşlara da təsir edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью