London hava məkanını bağladı
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Londonun bütün hava məkanı radar sistemindəki nasazlıq səbəbindən müvəqqəti olaraq bağlanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Hava Hərəkəti Xidməti (NATS) radar sistemindəki problemin uçuş təhlükəsizliyinə birbaşa təsir etdiyini, bu səbəbdən bütün uçuşların dayandırıldığını açıqlayıb.
“Mühəndislərimiz problemi ən qısa zamanda həll etmək üçün çalışır. Nasazlığın nə vaxta aradan qaldırılacağını söyləyə bilmərik”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, London hava məkanında yaranmış nasazlıq Edinburq, Birmingem və Mançester kimi digər şəhərlərdəki hava limanlarından uçuşlara da təsir edib.
Baxış sayı:105
Bu xəbər 30 İyul 2025 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















