Londonda göz qamaşdıran tanıtım FOTO | Icma.az
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Londondakı “O2 Arena”da Formula-1 üzrə dünya çempionatının bu il qeyd olunacaq 75 illik yubileyinə həsr olunmuş möhtəşəm "F1 75 Live" tədbiri keçirilib.
İdman.biz xəbər verir ki, 1950-ci ildən bu yana Formula-1 tarixində ilk dəfə çempionatın iştirakçısı olan bütün on komanda və iyirmi sürücü yeni mövsüm üçün hazırlanan maşınların rəng çalarlarını və heyətlərini birgə təqdim ediblər.
Gecənin ən çox diqqət çəkən məqamlarından biri Lyuis Hemiltonun qırmızı kombinezonda Ferrari komandası ilə səhnəyə çıxması olub.
Yeddiqat dünya çempionu yeni komandası ilə böyük hədəflərə çatmaq arzusunda olduğunu vurğulayıb.
McLaren isə 26 illik fasilədən sonra keçən qazandığı komanda çempionluğu ilə yenə də titula iddialı və yeni mövsümdə uğurunu davam etdirmək niyyətində olduğunu göstərib.
Əlbəttə, Karlos Saynsın Williams-a, Esteban Okonun Haas-a, Niko Hülkenberqin Sauber-ə keçidləri də gecənin müzakirə mövzuları olub.
Fernando Alonso isə Aston Martin-lə üçüncü mövsümünə başlayacaq və əfsanəvi konstruktor Adrian Nyuinin rəhbərliyi altında hazırlanan ilk maşınla qələbəyə ümid etdiyini söyləyib.
Tam oxu
Xəbəri oxu