Icma.az
close
up
RU
Londonda göz qamaşdıran tanıtım FOTO

Londonda göz qamaşdıran tanıtım FOTO

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Londondakı “O2 Arena”da Formula-1 üzrə dünya çempionatının bu il qeyd olunacaq 75 illik yubileyinə həsr olunmuş möhtəşəm "F1 75 Live" tədbiri keçirilib.

İdman.biz xəbər verir ki, 1950-ci ildən bu yana Formula-1 tarixində ilk dəfə çempionatın iştirakçısı olan bütün on komanda və iyirmi sürücü yeni mövsüm üçün hazırlanan maşınların rəng çalarlarını və heyətlərini birgə təqdim ediblər.

Gecənin ən çox diqqət çəkən məqamlarından biri Lyuis Hemiltonun qırmızı kombinezonda Ferrari komandası ilə səhnəyə çıxması olub. Yeddiqat dünya çempionu yeni komandası ilə böyük hədəflərə çatmaq arzusunda olduğunu vurğulayıb. McLaren isə 26 illik fasilədən sonra keçən qazandığı komanda çempionluğu ilə yenə də titula iddialı və yeni mövsümdə uğurunu davam etdirmək niyyətində olduğunu göstərib.

Əlbəttə, Karlos Saynsın Williams-a, Esteban Okonun Haas-a, Niko Hülkenberqin Sauber-ə keçidləri də gecənin müzakirə mövzuları olub. Fernando

Alonso isə Aston Martin-lə üçüncü mövsümünə başlayacaq və əfsanəvi konstruktor Adrian Nyuinin rəhbərliyi altında hazırlanan ilk maşınla qələbəyə ümid etdiyini söyləyib.

Komandalar 2025-ci il üçün hazırladıqları bolidlərin yeni rəng çalarlarını və sponsorlarını təqdim ediblər.

Minlərlə azarkeşin iştirak etdiyi tədbir "Formula-1" TV və çempionatın rəsmi sosial media kanallarında canlı yayımlanıb. Xüsusi qonaqlar arasında keçmiş dünya çempionları Mika Hakkinen, Sebastyan Fettel və Alen Prost yer alıblar. Gecədə keçən mövsümün ən yaxşı sürücüsü və komandasına mükafatlar təqdim edilib. Maks Ferstappen və McLaren komandası 2024-cü ildəki uğurlu çıxışlarına görə təltif olunublar.

Sonda isə Formula-1 rəhbərliyi, 2026-cı ildən etibarən yeni güc qurğusu, aerodinamika və daha ekoloji cəhətdən təmiz yanacaqlara keçid ediləcəyini açıqlayıb.

Qeyd edək ki, 2025-ci il mövsümü martın 14-16-da Avstraliyada başlayacaq, mövsümöncəsi testlər isə bir həftədən sonra – fevralın 26-28 -də Bəhreyndə keçiriləcək. "F1 75 Live" tədbiri, Formula 1 tarixində yeni bir səhifə açaraq azarkeşlərə unudulmaz anlar yaşadıb. Yeni mövsümə hazırlıq böyük həyəcanla davam edir. Builki təqvimdə 17-ci olan Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri