Londonda Moda Həftəsinin yeni proqramı Məşhur brendlər geri qayıdır

23.07.2026

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Britaniyanın Moda Şurası 17–21 sentyabr tarixlərində keçiriləcək London Moda Həftəsinin 2027-ci ilin yaz-yay mövsümü üçün ilkin proqramını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, yeni mövsümdə həm tanınmış moda evləri, həm də gənc dizaynerlər podiuma çıxacaqlar.

Proqrama əsasən, "McQueen" yeni kreativ direktoru Şon MakGirrin rəhbərliyi altında Londona qayıdır.

Bundan başqa, dizayner Kristofer Keyn ilk dəfə "Mulberry" brendi üçün hazırladığı kolleksiyanı təqdim edəcək. "Burberry", "Simone Rocha", "Roksanda" və "Harris Reed" də yeni kolleksiyalarını nümayiş etdirəcək.

Britaniyanın Moda Şurası bildirib ki, bu mövsümün əsas məqsədi Britaniya modasının beynəlxalq nüfuzunu gücləndirmək, yeni istedadları dəstəkləmək və sənayedə innovasiyaları təşviq etməkdir. Proqram çərçivəsində nümayişlərlə yanaşı, alıcılar və moda həvəskarları üçün xüsusi tədbirlər də təşkil olunacaq.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью