Londonda Moda Həftəsinin yeni proqramı Məşhur brendlər geri qayıdır
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Britaniyanın Moda Şurası 17–21 sentyabr tarixlərində keçiriləcək London Moda Həftəsinin 2027-ci ilin yaz-yay mövsümü üçün ilkin proqramını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, yeni mövsümdə həm tanınmış moda evləri, həm də gənc dizaynerlər podiuma çıxacaqlar.
Proqrama əsasən, "McQueen" yeni kreativ direktoru Şon MakGirrin rəhbərliyi altında Londona qayıdır.
Bundan başqa, dizayner Kristofer Keyn ilk dəfə "Mulberry" brendi üçün hazırladığı kolleksiyanı təqdim edəcək. "Burberry", "Simone Rocha", "Roksanda" və "Harris Reed" də yeni kolleksiyalarını nümayiş etdirəcək.
Britaniyanın Moda Şurası bildirib ki, bu mövsümün əsas məqsədi Britaniya modasının beynəlxalq nüfuzunu gücləndirmək, yeni istedadları dəstəkləmək və sənayedə innovasiyaları təşviq etməkdir. Proqram çərçivəsində nümayişlərlə yanaşı, alıcılar və moda həvəskarları üçün xüsusi tədbirlər də təşkil olunacaq.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 23 İyul 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















