Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb AZƏRTAC

08.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

London, 8 yanvar, AZƏRTAC

Londonun alış-veriş məkanı olan məşhur “Regent Street” küçəsi günorta saatlarında bomba təhdidi səbəbindən təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, Hamleys oyuncaq mağazasının yaxınlığında park edilmiş qara “Audi A4” avtomobili şübhəli hesab edilib və əraziyə polis qüvvələri cəlb olunub.

Təhlükəsizlik tədbiri olaraq, polis nəqliyyat vasitəsində bir neçə nəzarətli partlayış həyata keçirib. Hadisə zamanı işçilər və müştərilər təxliyə edilərək təhlükəsiz yerdə toplaşıblar.

Daha sonra polis təhlükə olmadığını və avtomobilin şübhə doğurmadığını açıqlayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью