Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
London, 8 yanvar, AZƏRTAC
Londonun alış-veriş məkanı olan məşhur “Regent Street” küçəsi günorta saatlarında bomba təhdidi səbəbindən təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, Hamleys oyuncaq mağazasının yaxınlığında park edilmiş qara “Audi A4” avtomobili şübhəli hesab edilib və əraziyə polis qüvvələri cəlb olunub.
Təhlükəsizlik tədbiri olaraq, polis nəqliyyat vasitəsində bir neçə nəzarətli partlayış həyata keçirib. Hadisə zamanı işçilər və müştərilər təxliyə edilərək təhlükəsiz yerdə toplaşıblar.
Daha sonra polis təhlükə olmadığını və avtomobilin şübhə doğurmadığını açıqlayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:Londonun mərkəzi küçəsində bomba həyəcanı
08 Yanvar 2025 23:42
Londonun Ağdam parçası
19 İyun 2025 17:27
ŞOK XƏRİTƏ yayıldı: Londonun mərkəzi YOX OLACAQ FOTO
25 Fevral 2025 15:22
Londonun Brüsselə doğru dönüşü
21 May 2025 06:18
Londonun bir səmtindən digərinə
01 İyul 2025 19:22
Baxış sayı:93
Bu xəbər 08 Yanvar 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















