LosAnceles dəhşəti! Hollivud külə dönür: Yanğın bir qığılcımdan başlayıb... | Icma.az
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır. Los-Ancelesdə 2000 binanın yanmasına, 5 nəfərin ölümünə, 180 min insanın təxliyə edil
Sitat.info xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində iki gündür davam edən yanğınlar güclü külək səbəbindən böyüyüb.
Los-Ancelesdə 6-cı yanğın Amerika kinosunun simvolu olan Hollywood Hills-də baş verib.
Hollywood Bulvarı, Mulholland Drive, 101 Freeway və Laurel Canyon Bulvarı kimi məşhur əyləncə sənayesi yerlərində insanlar üçün evakuasiya əmri verilib.
Oskar mərasiminin keçirildiyi Dolbi Teatrı da burada yerləşir.
20 min futbol meydançası böyüklüyündə ərazini və məşhurların malikanələri də daxil olmaqla 2 min binanı yandıran, 5 nəfərin ölümünə və 180 min insanın təxliyə edilməsinə səbəb olan yanğınların bir qığılcımdan qaynaqlandığı düşünülür.
Bir neçə canlı veb-kameradan birləşdirilmiş görüntülər, çərşənbə axşamı səhər Los-Ancelesin kəndlərində həyətyanı sahədən kiçik bir tüstüsünün yüksəldiyini göstərir.
Bölgəyə yayılan yanğının mənbəyinin buradakı “qığılcım” olduğu qiymətləndirilir.
Tam oxu
Xəbəri oxu