Icma.az
close
up
RU
LosAnceles dəhşəti! Hollivud külə dönür: Yanğın bir qığılcımdan başlayıb...

LosAnceles dəhşəti! Hollivud külə dönür: Yanğın bir qığılcımdan başlayıb...

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Los-Ancelesdə 2000 binanın yanmasına, 5 nəfərin ölümünə, 180 min insanın təxliyə edilməsinə səbəb olan və dünya film sektorunun simvolu Hollivuda sıçrayan yanğının bir bağdakı qığılcımdan başladığı ehtimal edilir.
Sitat.info xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində iki gündür davam edən yanğınlar güclü külək səbəbindən böyüyüb. Los-Ancelesdə 6-cı yanğın Amerika kinosunun simvolu olan Hollywood Hills-də baş verib. Hollywood Bulvarı, Mulholland Drive, 101 Freeway və Laurel Canyon Bulvarı kimi məşhur əyləncə sənayesi yerlərində insanlar üçün evakuasiya əmri verilib.

Oskar mərasiminin keçirildiyi Dolbi Teatrı da burada yerləşir. 20 min futbol meydançası böyüklüyündə ərazini və məşhurların malikanələri də daxil olmaqla 2 min binanı yandıran, 5 nəfərin ölümünə və 180 min insanın təxliyə edilməsinə səbəb olan yanğınların bir qığılcımdan qaynaqlandığı düşünülür.

Bir neçə canlı veb-kameradan birləşdirilmiş görüntülər, çərşənbə axşamı səhər Los-Ancelesin kəndlərində həyətyanı sahədən kiçik bir tüstüsünün yüksəldiyini göstərir. Bölgəyə yayılan yanğının mənbəyinin buradakı “qığılcım” olduğu qiymətləndirilir. Los-Anceles Yanğınsöndürmə İdarəsinin rəisi Kristin Krouli yanğının çərşənbə axşamı səhər saat 10 radələrində həyətyanı sahədə təsadüfən başladığına və fantastik sürətlə yayıldığına inanır.

Hollivudun yerləşdiyi Los-Ancelesdə sürətlə hərəkət edən nəhəng alovlar, məşhurların malikanələri də daxil olmaqla evləri bürüyüb, dəbdəbəli evlər, avtomobillər yanıb. Filmlərin çəkildiyi binalar külə çevrilib. Los-Anceles sakinləri “hər şeyimizi itirmişik” deyə fəryad edirlər.

Los-Ancelesdəki yanğının rəsmi olaraq Şeytan küləkləri kimi tanınan "Santa Ana" küləkləri səbəbindən genişləndiyi və böyüdüyü bildirilir. Şeytan küləkləri bölgənin daxili bölgələrindən sahilə doğru əsən isti və sərt şimal-şərq küləkləri kimi tanınır. Mütəxəssislər, keçən il El Ninodan yağan güclü yağışların Los-Anceles bölgəsində bitki örtüyünün böyüməsinə təkan verdiyini və o vaxtdan bəri bölgədəki quraqlığın torpağı alovlandırdığını düşünürlər. 

 Los-Ancelesdə 29 min hektar ərazidə yanğının davam etdiyi bildirilib. Məşhurların malikanələrinin yerləşdiyi Pacific Palisades məhəlləsində baş verən yanğının tarixin ən dağıdıcı hadisəsi olduğu, 6-dan çox məktəbə ziyan dəydiyi bildirilib.

Bunların arasında “Günah toxumu” qorxu filmi və “Yeniyetmə canavar” serialı da daxil olmaqla bir çox Hollivud istehsalı olan filmin çəkildiyi Palisades Charter High School da var. Hollivud filmlərinə ev sahibliyi edən bir çox malikanələr də Los-Ancelesdə kino və səhnədən tanınan bəzi məşhurların evləri yanıb. Yanğın zamanı evləri dağılan məşhurlar arasında Anthoni Hopkins, Paris Hilton, Hailey Bieber, Mendy Moore, Cary Elwes, James Woods və Billy Crystal var. Digər tərəfdən, Los-Ancelesdə sosial mediada alovların qarşısında gülərək poza verənlər əks reaksiyaya səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Yanvar 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri