Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! FOTO | Icma.az
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kiçik bir biletlə reallaşan böyük xəyallar… Lotereya sadəcə oyun olmaqla qalmır, bəzən də insanın arzularını, cəsarətini və hətta taleyini dəyişən vasitəyə çevrilir.
Bəs bu oyunun tarixi, keçmişdən bu günə inkişaf yolu və cəmiyyətə təsirləri barədə nələri bilirik?Lotereya nədir?Niderland mənşəli lotereya sözü 15-ci əsrdən istifadə olunmağa başlayıb.
Sözün kökü “lot” - “şans”, “pay”, “hissə” mənalarında işlənir.
İlk vaxtlarda təsadüf və ya taleyi ilə bir şeyə qərar vermək üsuluna istinad etsə də, zamanla şans əsasında mükafat qazanılan kütləvi oyuna çevrilib.Qədim dünyada lotereyaLotereyanın tarixinə gəlincə, ilkin formaları qədim Roma və Çində tətbiq edilib.
İlk lotereya tipli oyunun eramızdan əvvəl 100-cü ildə Çində Xan sülaləsi tərəfindən təşkil edildiyi bilinir.
Qədim Çin sivilizasiyasında “Keno” adlanan oxşar oyun formaları köhnə şaolin yazılarında qeyd olunur.
Tarixi salnamələrə görə, qədim Romada da Yuli Sezar tərəfindən müxtəlif lotereyalar təşkil edilib.
Tam oxu
Xəbəri oxu