Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! FOTO

Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! FOTO

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kiçik bir biletlə reallaşan böyük xəyallar… Lotereya sadəcə oyun olmaqla qalmır, bəzən də insanın arzularını, cəsarətini və hətta taleyini dəyişən vasitəyə çevrilir. Bəs bu oyunun tarixi, keçmişdən bu günə inkişaf yolu və cəmiyyətə təsirləri barədə nələri bilirik?
Lotereya nədir?

Niderland mənşəli lotereya sözü 15-ci əsrdən istifadə olunmağa başlayıb. Sözün kökü “lot” -  “şans”, “pay”, “hissə” mənalarında işlənir. İlk vaxtlarda təsadüf və ya taleyi ilə bir şeyə qərar vermək üsuluna istinad etsə də, zamanla şans əsasında mükafat qazanılan kütləvi oyuna çevrilib.
Qədim dünyada lotereya
Lotereyanın tarixinə gəlincə, ilkin formaları qədim Roma və Çində tətbiq edilib. İlk lotereya tipli oyunun eramızdan əvvəl 100-cü ildə Çində Xan sülaləsi tərəfindən təşkil edildiyi bilinir. Qədim Çin sivilizasiyasında “Keno” adlanan oxşar oyun formaları köhnə şaolin yazılarında qeyd olunur. Tarixi salnamələrə görə, qədim Romada da Yuli Sezar tərəfindən müxtəlif lotereyalar təşkil edilib. Lotereyalardan əldə edilən vəsaitlər yolların, körpülərin və binaların təmirinə sərf olunub.

İlk lotereya oyunu – KENO
“Keno” lotereyasının tarixinin qədim Çində, təxminən 2000 il əvvəl qoyulduğu iddia olunur. Əfsanəyə görə, “Keno” ilk dəfə müharibələr zamanı maliyyə dəstəyini təmin etmək üçün yaradılıb. “Ağ göyərçin” (Baige Piao) adı ilə tanınan oyunun gəlirləri Böyük Çin Səddi kimi layihələrdə istifadə edilib.
19-cu əsrdə Çindən ABŞ-a, daha sonra Avropaya yayılan oyunda Çin simvolları rəqəmlərlə əvəz olunub. Hazırda bir çox ölkələrdə populyar olan “Keno”da oyunçular müəyyən sayda rəqəm seçir və bu rəqəmlərin tirajla uyğun olub-olmadığını yoxlayırlar.

Avropada ilk lotereya oyunları
Avropada lotereya oyunlarının keçirilməsi 15-ci əsrə təsadüf edir. İlk rəsmi lotereya tirajı 1466-cı ilin 24 fevralında Belçikanın Brügge şəhərində baş tutub. Flamand rəssamı Yan Van Eykin ölümünün 25-ci il dönümü ilə bağlı həyat yoldaşı lotereya keçirib. Bu addım imkansız insanlara kömək məqsədilə keçirilsə də, lotereyanın qalibləri müxtəlif pul uduşları qazanıblar.
İtaliyanın Florensiya şəhərində isə 1530-cu ildə “De Lotto De Firenze” adlı lotereya keçirilib. Bu lotereyada pul uduşları rəsmi olaraq valyuta ilə ödənilib. Bundan sonra bu lotereya İtaliyanın bütün iri şəhərlərində keçirilməyə başlayıb. 
1539-cu ildə Fransada Kral I Fransisk bu konsepsiyanı rəsmi olaraq dəstəkləyərək dövlət xəzinəsini doldurmaq üçün lotereya oyunlarını tətbiq edib. 18-ci yüz illikdə Fransada “Lo Giuoco del Lotto D’Italia” adlı lotereya oyunu yayılaraq böyük rəqabət qazanıb. Fransızlar bu oyunu “Le Lotto” adlandırıblar. 
Amerikaya çatan lotereya
Daha sonra loteteya oyunları Avropadan Amerikaya çatıb. Amerika koloniyalarında universitetlərin, kilsələrin və yolların tikintisi lotereyalardan qazanılan gəlir hesabına həyata keçirilib.
XIX-XX əsrlərdə isə lotereyalar əyləncə sektorunun bir hissəsi olaraq daha populyar hal alıb. Xüsusilə tirajlı lotereyalar texnoloji tərəqqi və şəffaf nizamlanma mexanizmləri sayəsində məşhurluq qazanıb. Bu oyunlar xüsusən Avropa və Amerikada ictimai rifaha maliyyə dəstəyi kimi vacib rol oynayıb.
Azərbaycanda isə tirajlı lotereyaların yaranması sovet dövrünə təsadüf edir. Keçmiş SSRİ-də isə 1921-ci ildən etibarən müxtəlif lotereyaların keçirilməsinə start verilib. O zamanlar “Sportloto” və “Sprint” lotereyaları kütləvi populyarlığı ilə diqqəti çəkib olub. Sovet idarəetməsi altında lotereya oyunları iqtisadiyyata dəstək olmaq, eyni zamanda mədəniyyət və idman sahələrinə maliyyə toplamaq üçün istifadə edilib. 1940-50-ci illərdə ölkə daxilində lotereya qazancı hesabına müdafiə fondlarına dəstək verilib.

Azərbaycanda lotereyanın tarixi
Lotereya oyunları Azərbaycanda ötən əsrin 90-cı illərindən geniş yayılmağa başlayıb. Bir anda məşhurlaşan “Loto” oyunu həvəskar formatda ailə və dost məclislərinin əsas əyləncəsinə çevrilən bu ənənə indiyədək qorunub saxlanılır. Pul və maşın hədiyyələrinin təqdim olunduğu müxtəlif lotereya oyunları isə əvvəllər özəl şirkətlər tərəfindən təşkil edilsə də, bu çox çəkməyib. 2001-ci ildə ölkə prezidentinin fərmanı ilə Azərbaycanda lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquq və mənafelərini qorumaq, lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılması məqsədi ilə “Azərlotereya” ASC yaradılıb.
Azərbaycanda tirajlı lotereya oyunlarına çoxçeşidli mükafat sistemləri və şəffaf idarəetmə mexanizmləri sayəsində hər zaman böyük maraq var. Bu oyunlar bütün dünyada olduğu kimi ölkəmizdə də xeyriyyə fondlarına maliyyə toplamaq üçün əsas vasitə kimi diqqətə layiqdir. Lotereyadan yığılan maliyyə hesabına bir çox sosial infrastruktur layihələri həyata keçirilir.
Ölkəmizdə 2002-ci ildə “Ailə sevinci”, “Qismət açarı”, “Yay sevinci”, “Uğurlu rəqəm” və “Binqo+” tirajlı lotereyaları təsis edilib. İllər ərzində çox sayda yeni tirajlı lotereya oyunları təqdim olunub, müxtəlif cekpotlar qazanılıb. Amma Azərbaycan lotereya tarixinin ən böyük cekpotu 2023-cü ildə Xaçmazda udulub. 913 072 manat “4+4” tirajlı lotereyasında qazanılıb. İkinci dəfə də “4+4" tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlıda udulub. 2024-cü ildə isə Qazaxda "Meqa 5/36" lotereyasından 425 364 manatlıq cekpot sahibini sevindirib.

Müasir tirajlı lotereyalar
Hazırda "Meqa 5/36" oyununu "Beşdə 5" lotereyası əvəzləyib. Bu oyunda 36 rəqəm arasından sevdiyin 5 rəqəmi seçərək hər gün 50 000 manat böyük uduş qazanmaq şansı var. Həmçinin “4+4” tirajlı lotereyasında 500 000 manatdan çox cekpot məbləği şanslı qalibini gözləyir.
Yeri gəlmişkən, Azərbaycanda “Keno” oyunun da 2 növü təqdim edilir:  Super Keno və Ekspres Keno. Hər iki oyunda böyük uduşun məbləği 1 000 000 manatdır.
Lotereyalar barədə daha ətraflı məlumat üçün https://www.azerlotereya.com/ rəsmi saytına daxil ola bilərsiniz. Kim bilir, bəlkə də, lotereya oyunlarında növbəti qaliblərdən biri də siz oldunuz, necə deyərlər, şansınızı sınamağa dəyər. 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri