Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın "Lukoil" şirkəti Kişinyov Beynəlxalq Hava Limanındakı aktivlərini Moldovanın mülkiyyətinə keçirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Moldova Energetika Nazirliyinin saytında dərc olunmuş açıqlamada belə deyilir.
"Dövlət Əmlak Agentliyi və Kişinyov Beynəlxalq Hava Limanı inventarlaşdırma prosesini başa çatdırdı və bu ilin 29 yanvar tarixində Lukoil Moldova ilə hava limanının ərazisində yerləşən neft kompleksinin qəbul sertifikatlarını imzaladı. Beləliklə, Kişinyov Hava Limanının ərazisində Lukoil şirkətinə məxsus aktivlər İnvestisiyaların İcmalı Şurasının qərarına uyğun olaraq dövlət mülkiyyətinə verildi",-deyə açıqlamada bildirilir.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Lukoil və Rosneft neft şirkətlərini, eləcə də onların 34 törəmə şirkətini ABŞ-ın yeni sanksiyalar paketinə daxil etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar bu cür məhdudiyyətlərə qarşı güclü immunitet qazanmış Rusiya üçün heç bir problem yaratmayacaq.
Anar