“Lukoil” şirkəti Kişinyov hava limanındakı aktivlərini Moldovaya köçürdü
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın "Lukoil" şirkəti Kişinyov Beynəlxalq Hava Limanındakı aktivlərini Moldovanın mülkiyyətinə keçirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Moldova Energetika Nazirliyinin saytında dərc olunmuş açıqlamada belə deyilir.
"Dövlət Əmlak Agentliyi və Kişinyov Beynəlxalq Hava Limanı inventarlaşdırma prosesini başa çatdırdı və bu ilin 29 yanvar tarixində Lukoil Moldova ilə hava limanının ərazisində yerləşən neft kompleksinin qəbul sertifikatlarını imzaladı. Beləliklə, Kişinyov Hava Limanının ərazisində Lukoil şirkətinə məxsus aktivlər İnvestisiyaların İcmalı Şurasının qərarına uyğun olaraq dövlət mülkiyyətinə verildi",-deyə açıqlamada bildirilir.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Lukoil və Rosneft neft şirkətlərini, eləcə də onların 34 törəmə şirkətini ABŞ-ın yeni sanksiyalar paketinə daxil etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar bu cür məhdudiyyətlərə qarşı güclü immunitet qazanmış Rusiya üçün heç bir problem yaratmayacaq.
Anar
Bu mövzuda digər xəbərlər:ABŞ nin bu şirkəti “Lukoil” in xarici aktivlərini almaq istəyir
14 Noyabr 2025 15:24
Macarıstan şirkəti Azərbaycandakı “Lukoil” aktivlərini almaq istəyir "Röyters"
04 Dekabr 2025 23:19
Lukoil xarici aktivlərini satacaq
19 Noyabr 2025 10:22
“Lukoil” şirkəti ABŞ sanksiyaları səbəbindən Moldovadan çıxarılıb...
08 Noyabr 2025 22:04
“LUKOIL“un törəmə şirkəti “TEBOIL“ fəaliyyətini dayandırır
19 Noyabr 2025 16:52
Baxış sayı:56
Bu xəbər 29 Yanvar 2026 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















