Lüksemburq modeli Azərbaycana gətirilə bilər KONKRET | Icma.az
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Lüksemburqda 2020-ci ilin martın 1-dən etibarən bütün ictimai nəqliyyatın – avtobus, tramvay və şəhərətrafı qatarların ödənişsiz istifadəyə verilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Ölkə hökuməti bu sistemin işləməsi üçün hər il büdcədən 41 milyon avro ayıracaq.
Maraqlıdır, Azərbaycanda da ictimai nəqliyyatın pulsuz olması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, Lüksemburqla Azərbaycanı müqayisə etmək doğru yanaşma deyil: “Lüksemburqla müqayisə aparmaq Azərbaycanın hansısa rayonu ilə müqayisəsinə bərabərdir.
Həmin ölkənin iqtisadi göstəriciləri, ÜDM-i, xarici investisiya həcmi və əhalinin gəlirləri Azərbaycanla ölçülə bilməz.
Lüksemburq istəsə, ictimai nəqliyyata 41 milyon avro da ayıra bilər, 1 milyon da.
Amma bunun səbəbi onların iqtisadi imkanları və əhalisinin az olmasıdır”.
Tam oxu
Xəbəri oxu