Icma.az
close
up
RU
Lüksemburq modeli Azərbaycana gətirilə bilər KONKRET

Lüksemburq modeli Azərbaycana gətirilə bilər KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lüksemburqda 2020-ci ilin martın 1-dən etibarən bütün ictimai nəqliyyatın – avtobus, tramvay və şəhərətrafı qatarların ödənişsiz istifadəyə verilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ölkə hökuməti bu sistemin işləməsi üçün hər il büdcədən 41 milyon avro ayıracaq. Maraqlıdır, Azərbaycanda da ictimai nəqliyyatın pulsuz olması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, Lüksemburqla Azərbaycanı müqayisə etmək doğru yanaşma deyil:

“Lüksemburqla müqayisə aparmaq Azərbaycanın hansısa rayonu ilə müqayisəsinə bərabərdir. Həmin ölkənin iqtisadi göstəriciləri, ÜDM-i, xarici investisiya həcmi və əhalinin gəlirləri Azərbaycanla ölçülə bilməz. Lüksemburq istəsə, ictimai nəqliyyata 41 milyon avro da ayıra bilər, 1 milyon da. Amma bunun səbəbi onların iqtisadi imkanları və əhalisinin az olmasıdır”.

Ekspertin sözlərinə görə, Lüksemburqda əhalinin sayının azlığı ictimai nəqliyyatdan istifadə edənlərin də sayına təsir edir:

“Onların ərazisi bir çox Azərbaycan rayonlarının ərazisi qədərdir. Əhali az olduğuna görə nəqliyyata tələbat da aşağıdır. Azərbaycanda isə ictimai nəqliyyatdan istifadə edənlərin sayı Lüksemburq əhalisini dəfələrlə üstələyir. Bu səbəbdən həmin model burada özünü doğrultmaya bilər”.

A.Əsədov hesab edir ki, Lüksemburq modelinin Azərbaycanda tətbiqi real olmasa da, həmin ölkədə istifadə edilən müasir texnologiyalardan, infrastruktur həllərindən və idarəetmə sistemlərindən faydalanmaq mümkündür:

“Biz yaxşı təcrübələri – müasir nəqliyyat vasitələri, idarəetmə sistemləri, yeni texnologiyaları tətbiq edə bilərik. Amma bütün bunları tətbiq edərkən ölkənin demoqrafik, iqtisadi və infrastruktur xüsusiyyətləri nəzərə alınmalıdır”.

Ekspert əlavə edib ki, ictimai nəqliyyatın istismarı, xidmət prinsipləri və istifadəçi yükü kimi məsələlər də modelin tətbiqinə təsir edən əsas amillərdir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri