Luksemburq parlamentinin qətnaməsı reallığı dərk etməmək acizliyinin göstəricisidir | Icma…
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq birliyin Bakıda planetin üzləşdiyi ən ağrılı problemlərindən olan iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dair aktual məsələləri müzakirə etdiyi bir vaxtda Luksembuq Deputatlar Palatasının noyabrın 20-də Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul etməsi bu parlamentin reallıq hissini necə itirməsinə bariz nünunədir.
196 dövlət Bakı iqlim platformasında bəşəriyyətin gələcəyinin xilasına yönəlik məsələlərlə məşğuldur, aktual dünya siyasətinin reallığından uzaq düşmüş luksemburq parlamentariləri isə məhz buna ev sahibliyi edən ölkəni-Azərbaycanı yenidən şantaj etməklə məşğuldur.
Qətnamədə Azərbaycan Respublikası Prezidentinin hədəf alınması onun COP29-un Liderlər Sammitinin açılış mərasimində və COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarında səsləndirdiyi haqqlı və cəsarətli fikirlərindən sonra təəccüb doğurmur.
Əksinə faktlar qarşısında aciz qalanların cılızlıq nümayişidir.
Müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqq səsinin Azərbaycan Prezidenti tərəfindən belə mötəbər kürsüdə təkziblounmaza faktlar əsasında səsləndirilməsi təbii ki, bu işə məsuliyyət daşıyanları çox cddi narahat edir.
Bu neokolonialist qüvvələrin əlində alət olub Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkibi olmaq əvəzinə bu xalqların yanında olmaq Luksemburq parlamentinə daha çox hörmət gətirərdi.
Bu təkcə ədalətin dəstəklənməs deyil, həm də beynəlxaql hüquqa hörmətin nümayişi olardı.Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı uzun illərdir qarayaxma kampaniyası aparan müxtəlif maraq qruplarınının istifadə etdikləri ayrı-ayrı mövzuların yenidən ittihamlar və tələblər formasında Luksemburq Parlamentinin Qətnaməsində yer alması ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdidir.
Tam oxu
Xəbəri oxu