Icma.az
close
up
RU
Luksemburq parlamentinin qətnaməsı reallığı dərk etməmək acizliyinin göstəricisidir

Luksemburq parlamentinin qətnaməsı reallığı dərk etməmək acizliyinin göstəricisidir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Beynəlxalq birliyin Bakıda planetin üzləşdiyi ən ağrılı problemlərindən olan iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dair aktual məsələləri müzakirə etdiyi bir vaxtda Luksembuq Deputatlar Palatasının noyabrın 20-də Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul etməsi bu parlamentin reallıq hissini necə itirməsinə bariz nünunədir. 196 dövlət Bakı iqlim platformasında bəşəriyyətin gələcəyinin xilasına yönəlik məsələlərlə məşğuldur, aktual dünya siyasətinin reallığından uzaq düşmüş luksemburq parlamentariləri isə məhz buna ev sahibliyi edən ölkəni-Azərbaycanı yenidən şantaj etməklə məşğuldur.
Qətnamədə Azərbaycan Respublikası Prezidentinin hədəf alınması onun COP29-un Liderlər Sammitinin açılış mərasimində və COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarında səsləndirdiyi haqqlı və cəsarətli fikirlərindən sonra təəccüb doğurmur. Əksinə faktlar qarşısında aciz qalanların cılızlıq nümayişidir. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqq səsinin Azərbaycan Prezidenti tərəfindən belə mötəbər kürsüdə təkziblounmaza faktlar əsasında səsləndirilməsi təbii ki, bu işə məsuliyyət daşıyanları çox cddi narahat edir. Bu neokolonialist qüvvələrin əlində alət olub Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkibi olmaq əvəzinə bu xalqların yanında olmaq Luksemburq parlamentinə daha çox hörmət gətirərdi. Bu təkcə ədalətin dəstəklənməs deyil, həm də beynəlxaql hüquqa hörmətin nümayişi olardı.
Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı uzun illərdir qarayaxma kampaniyası aparan müxtəlif maraq qruplarınının istifadə etdikləri ayrı-ayrı mövzuların yenidən ittihamlar və tələblər formasında Luksemburq Parlamentinin Qətnaməsində yer alması ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdidir.
Azərbaycanda hüquqi dövlətçiliyin inkişafını hədəfləyən absurd ittihamlara ən tutarlı cavab yenə COP29 nümunəsindən götürülə bilər. Azərbaycanın “COP Atəşkəsi” təşəbbüsünə 1200 -dən çox təsisat, qeyri-hökuməti təşkilatı, nüfuzlu şəxsiyyətlərin qoşulması həm də ölkəmizdə vətəndaş cəmiyyətinin uğurlu inkişafının təqdir edilməsidir. Qlobal miqyasda və bütün coğrafi məkanlardan minlərlərlə təsissatları təmsil edən on minlərlə insanın ölkəmizdə fəliyyəti bu abursd ittihamlara ən tutarlı cavabdır.
Luksembuq Parlamentinin qətnaməsi eyni zamanda Azərbaycanın suverenliyinə hörmətsizlik nümayişdir. Azərbaycanın Ermənistanın beynəlxalq hüquqa zidd 30 illik işğalına son qoymasından sonra bölgədə yaranan və beynəlxalq hüquqa əsaslanan yeni reallıqları Luksemburq Parlamenti dərk etməkdə hələ də çətinlik çəkir. Məhz Azərbaycan Respublikası Prezidentinin uğurlu hərbi-siyasi və diplomatik kursunun nəticəsində 30 il müddətində Ermənistan tərəfindən pozulan və Luksemburq tərəfindən heç vaxt gündəmə gətirilməmiş beynəlxalq hüququn prinsipləri bərpa edildi, regionda sabitlik və uzunmüddətli sülhün təmini üçün unikal tarixi şərait yarandı.
Ermənistanın barbar işğalının nəticələrindən biri də Azərbaycanın 12% ərazisinin 1.5 milyon mina və digər partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrində də yer almış, işğal edilmiş ərazilərdən güctətbiq edilərək qovulan və iztirablar yaşamım yüz minlərlə Azərbaycanlı həm də bu səbəbdən həmin torpaqlara bu gün də geri qayıda bilmir. Bu insanların haqları isə luksemburqlu parlamentariləri heç vaxt düşündürməmişdir.
Parlamentarilərin məlumatsız olduqları məsələlərə dair ədalətsiz və qərəzli mövqe sərgiləmək əvəzinə regionu real məşğul edən məsələlərin həllinə dəstək verməsi Luksemburq Parlamentinə hörmət qazandırar. Ermənpərəst və Azərbaycana qarşı qərəzli mövqeni öz həyat amili hesab edən qüvvələrin aləti kimi istifadə edilmək regionun xalqlarının rifahına, inkişafına və sabitliyin təmininə xdimət etmir.
Luksemburq Parlamentinin reallıqları təhrif edən və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir və luksemburqlu həmkarları obyektiv və ədalətli mövqe nümayiş etdirməyə dəvət edirəm.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Noyabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri