Lütf edilən insan haqqında etüdlər | Icma.az
Icma.az, Kulis.az saytına istinadən bildirir. Bu gün görkəmli Azərbaycan aktyoru, Xalq artisti Lütfəli Abdullayevin anım günüdür.
Kulis.az Gülcahan Mirməmmədin "Lütf edilən insan haqqında etüdlər" yazsını təqdim edir.
DoğmalıqÇox sevdiyim qazax şairi, türkoloq tədqiqatçı, Azərbaycan xalqının dostu olduğunu əməllərində sübuta yetirmiş Oljas Süleymenovun çox dəqiq müşahidəsi var.
Deyir ki, azərbaycanlılar sevdikləri insanlardan, məşhur sənətkarlardan söhbət açanda heç zaman onları soyadı ilə çağırmırlar, adını çəkəndə ardınca müəllim, bəy, xanım titulu işlətmirlər.
Çünki xalqın arasından çıxan, ümumxalq məhəbbəti qazanan sənətkarları özlərinə lap yaxın bilirlər.
Odur ki, əziz oxucum, sən də bu yazıda sözlə çəkilən etüdlərin əsas qəhrəmanının da, onun sənətdaşlarının adlarını təkcə çəkən müəllifi sayğısızlıqda, yekəxanalıqda qınama.
Mən də bu yazımda az-maz rəssamlıq qabiliyyətimi qabardıb xalqın sevdiyi sənətkarların eləcə adını yazacağam.
Həm də rəssamlar daha sərbəst olurlar axı... TanışlıqOnu ilk dəfə "Həmişəxanım" tamaşasında görmüşəm.
Tam oxu
Xəbəri oxu