Maarif, təhsil, məktəb fədaisi Qərənfil Dünyaminqızı yazır | Icma.az
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Görkəmli yazar Yucin Simonis yazırdı ki, “Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan.
Sadə, zəhmətkeş bir ailədə dünyaya gələn Hasil Əliyevin həyat yoluna nəzər salarkən bir daha bunun şahidi oldum.Onun haqqında ilk dəfə Azərbaycan mühacirət mətbuatının görkəmli tədqiqatçısı, bu mövzuda onlarla sanballı əsərlərin müəllifi olan, söz aləmində öz dəsti-xətti, üslubu ilə tanınan, sözü-imzası ilə seçilən, sevilən, yazar Abid Tahirlidən eşitdim.
Ürək dolusu danışdı və sonda “Hasil müəllim maarif, təhsil, məktəb fədaisi idi” sözlərini xüsusi vurğuladı.
Elə diqqətimi daha çox cəlb edən də bu sözlər oldu. Az qala hər şeyin alınıb satıldığı bir dünyada bütün ömrünü, günün təhsilə, maarifə onun
Yəqin ki, oxucum üçün də maraqlıdır kim idi bu maarif, təhsil fədaisi?
Hasil Qulammirzə oğlu Əliyev dünyaya göz açanda Azərbaycanda sovet hökumətinin dəhşətli repressiyası tüğyan edirdi.
Ölkənin elit təbəqəsinə qənim kəsilən Sovet rus hökuməti unudurdu ki, bu xalqın təhsilli, ziyalı övladları bitib-tükənməzdir.
Tam oxu
Xəbəri oxu