Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Maarif, təhsil, məktəb fədaisi Qərənfil Dünyaminqızı yazır

Maarif, təhsil, məktəb fədaisi Qərənfil Dünyaminqızı yazır

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Görkəmli yazar Yucin Simonis yazırdı ki, “Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan. Sadə, zəhmətkeş bir ailədə dünyaya gələn Hasil Əliyevin həyat yoluna nəzər salarkən bir daha bunun şahidi oldum.

Onun haqqında ilk dəfə Azərbaycan mühacirət mətbuatının görkəmli tədqiqatçısı, bu mövzuda onlarla sanballı əsərlərin müəllifi olan, söz aləmində öz dəsti-xətti, üslubu ilə tanınan, sözü-imzası ilə seçilən, sevilən, yazar Abid Tahirlidən eşitdim. Ürək dolusu danışdı və sonda “Hasil müəllim maarif, təhsil, məktəb fədaisi idi” sözlərini xüsusi vurğuladı. Elə diqqətimi daha çox cəlb edən də bu sözlər oldu.

 Az qala hər şeyin alınıb satıldığı bir dünyada bütün ömrünü, günün təhsilə, maarifə onun inkişafına fəda edən insanlar nə yaxış ki var.

 Yəqin ki, oxucum üçün də maraqlıdır kim idi bu maarif, təhsil fədaisi?

 Hasil Qulammirzə oğlu Əliyev dünyaya göz açanda Azərbaycanda sovet hökumətinin dəhşətli repressiyası tüğyan edirdi. Ölkənin elit təbəqəsinə qənim kəsilən Sovet rus hökuməti unudurdu ki, bu xalqın təhsilli, ziyalı övladları bitib-tükənməzdir.

 Hasil 1935-ci ilin 9-mayında Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəranda,  Qulammirzə kişinin ailəsində dünyaya göz açıb. Yaşıdlarının əksəriyyəti kimi o da ilk təhsilini Lənkəran şəhəri 3-saylı məktəbdə alıb. Amma yaşıdlarının çoxundan fərqli olaraq bu təhsillə kifayətlənməyib, daha yaxşı, mükəmməl təhsil əldə etmək üçün üz tutur Bakıya. 1954-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olur. Hasil təhsil illərində yalnız yaxşı oxumağı ilə deyil, həm də ictimai işlərdə yaxından köməklik etməyi, istər müəllim, istər tələbə kollektivi arasında xoş rəftarı, mehribanlığı və cəldliyi ilə böyük hörmət qazanır. 1959-cu ildə İnstitutda təhsilini uğurla başa vuran Hasili təyinatla Lənkəran Pedaqoji Texnikumuna müəllim göndərilir.

Gənc müəllimin zəhmətkeşliyi, fədakarlığı gələcək həyat və faliyyət yoluna işıq saldı və xoşbəxtlikdən Tanrı qarşısına o zəhməti duyan, qiymətləndirən insanlar çıxardı. Onu texnikomda “profkom” seçdilər. Hasil yenədə tədrislə yanaşı, ictimai işlərdə ön sırada oldu. Təbii bu həm texnikomun rəhbərliyinin, həm də oraya tez-tez gələn Respublikanın görkəmli pedaqoqlarının, rəhbər işçilərinin diqqətindən yayınmadı.

 1963-cü ildə texnikomda geniş tədbir kecirilir. Tədbirdə Maarif Ali Məktəb və Elmi İdarə İşmiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Rəfiqə Hüseynova da iştirak edirdi. Gənc Hasilin tədbir boyu cəldliyi, tədbirdəki çıxışı Rəfiqə xanımın diqqətindən yayınmır. Bu tədbirdən bir necə ay sonra Hasil Rəfiqə xanımın məsləhəti ilə Həmkarlar İttifaqının Respublika Komitəsində şöbə müdiri vəzifəsinə təyin edilir. Etimadı doğruldan gənc pedaqoq 1966-cı ildə Maarif Nazirliyinə dəvət alır.

Gənc mütəxəssisin Nazirlikdə yalnız sənədlərlə işləmək səriştəsi diqqəti cəlb etmir. O, həm də təcrübəli, püxtələşmiş kadr kimi təkliflər irəli sürür, dəyərli məsləhətlər verir. Hasil müəllim 1966-72-ci illərdə Maarif Nazirliyin də uşaqların estetik tərbiyəsi respublika metodkabinetinin direktoru vəzifəsində çalışır. O, bu zaman tez-tez bölkələrə səfər edir, çox çətin də olsa qismən təlim-tərbiyənin milli zəmində qurulmasına nail olur. İmperiya quruluşunun sərt tələblərinə uyğun olaraq pedaqoji işin yalnız kəmiyyət göstəricisinə görə qiymətləndirilməsinin əlehinə çıxır. Rəhbər işcilərlə görüşləri zamanı təhsilimizin məzmununda qisməndə olsa dəyişikliklər edilməsini, pedaqoji əməyin qiymətləndirilməsini, yerli təhsil orqanlarının səlahiyyətlərinin artırılmasını və s. bu kimi söylədiyi dəyərli təkliflər, çoxlarının olmasa da, bəzilərinin ürəyincə olur.

Belə səfərləri arasında Lənkəran şəhəri 3 saylı məktəbi daha tez-tez ziyyarət edir, problemləri ilə yaxından tanış olur, kollektivə hər zaman dəstək göstərirdi. Hasil müəllim bununla sanki bir məzun kimi borcünü yerinə yetirmək istəyirdi. Onu elmə, maarifə aparan ilk ocağı o, heç vaxt unutmurdu. Bu işə sinif yoldaşlarını da cəlb edərdi. Onlar hər yay bu müqqədəs ocaqda görüşərdilər.   

İstər bölkələrdə, istər mərkəzdə təhsillə bağlı çıxışları, təklifləri hər zaman maraqlı və cəlb edici olurdu. Belə tədbirlərdən biri də Bakıda Maarif Nazirliyində oldu. Onun söylədikləri Nazir Mehdi Mehdizadənin də xoşuna gəlir və 1972-ci ilin ortalarında Hasil Maarif Naziri Mehdi Mehdizadənin müsbət xasiyyətnaməsi ilə Nazirlər Sovetinə (indiki Nazirlər Kabinetinə) işə aparılır. Beləliklə H.Əliyev 1972-2010-cu illər ərzində Nazirlər Kabinetinin Aparatı tərəfindən hökumətin təhsil sahəsində qərar və sərəncamların tərtibi və icrası istiqamətində aidiyyəti üzrə 40 ilə yaxın bir müddət əszində fəaliyyət göstərmiş, eyni zamanda, nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Dövlət Komissiyasının məsul katibi olmuşdur.

 H.Əliyev bu illər ərzində təhsil sahəsi ilə bağlı mütamadi olaraq dövrü mətbuatda çıxış etmiş, müntəzəm olaraq “Azərbaycan müəllimi” qəzetinə müsahibələr vermişdir. Bu çıxış və müsahibələrində təhsillə bağlı problemlərin aradan qaldırılması yollarını göstərmiş, sahənin mütəxəssislərinə, gənc maarifçilərə öz dəyərli tövsiyə və məsləhətlərini vermişdir. O, bununla da kifayətlənmirdi. Öz təcrübəsini gənc maarifçilərə, pedaqoqlara, rəhbər işçilərə öyrətmək üçün mütamadi olaraq texniki peşə məktəblərində, məktəbəqədər tərbiyə müəssisələrində olurdu. Odur ki, 1970-ci ildən üzü bəri təhsil sistemində hamı Hasil müəllimi tanıyırdı, hörmət edirdi. Hasil müəllim özü bu sahədə zəngin təcrübəyə malik olsa da hər zaman sahənin kadrları ilə məsləhətləşməyə ehtiyac duyurdu. Hətta gənc kadrlarla tez-tez görüşür, onların fikirlərini səbirlə dinləyirdi. Bu faktın özü bir daha sübut edir ki, Hasil müəllim təkəbbürdən, mənəm-mənəmlikdən çox uzaq olub.

O, hər zaman ictimai işlərə də vaxt tapırdı. 1970-ci illərdə Maarif Nazirliyinin təşkilatçılığı ilə gecirilən əksər tədbirlərə rəhbərlik edib. Onlardan biri də 1970-ci ildə Bakıda kecirilən Nəğmə bayramı olub. Görkəmli mədəniyyət xadimi Əfrasiyab Bədəlbəylinin drijorluğu ilə gecirilən tədbir xoş sorağı ilə dillərə düşmüşdür.

Hasil müəllim hər zaman kollektivin sevimlisi olub. Onun haqqında söz düşəndə iş yoldaşları Abid Tahirli, şair Dilsuz, Sevinc Ağacanova xoş təsüratlarla onu anırlar. Bunun üçün Hasil müəllimin ailəsi hər zaman onlara təşəkkürlərini bildirirlər.    

Təcrübəli və təsübkeş təhsil, elm, məktəb fədasinin əməyi zaman-zaman xalqımız və dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. “Əmək rəşadətinə görə” medalla, “SSRİ maarif əlaçısı” və “Qabaqcıl maarif xadimi” döş nişanları  və s. təltifləri var. Amma özünün də hər zaman dediyi kimi, ən böyük mükafatı xalqının sevgisi, hörməti və gözəl ailəsidir. Deyilənə görə Hasil müəllim iş zamanı nə qədər ciddi, prinsipal olsa da, təbiətcə çox sakit, sadə, istiqanlı, həssas insan olub. Dostluqda sədaqətli və səxavətli idi.

Bildiyimiz kimi, 1980-cı ilin ortalarından başlayaraq ölkəmizdə bir çox sahələr üzrə, o cümlədən təhsil sistemində də islahatlar aparılmağa başladı. Doğrudur elə bəzi təhsil işçilərinin özləri bu islahatların əlehinə idi. Amma Hasil müəllim kimi təcrübəli, bu sahənin bütün çətinliklərini çözməyi bacaran və həm də daha çox milli-mənəvi dəyərlərə bağlı olan kadrlar çətin də olsa ölkəmizdə prosesi həyata kecirə bildilər.       

Ona görə də biz bu gün qürurla deyə bilirik ki, Hasil müəllim 1980-cı illərin təhsil islahatları çərçivəsində məktəb proqramlarının modernləşdirilməsi, təhsil müəssisələrinin yeni formalarla idarə edilməsinin təkmilləşdirilməsi və müasir pedaqoji yanaşmaların tətbiqində aparıcı şəxsiyyətlərdən biri olub. 

Aqillərin yazdığına görə “ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər oradan boy atır, orada böyüyür”. Hasil müəllimin də həm öz ailəsi, həm də maarifləndirdiyi yüzlərlə ailə millətinə, torpağına, Vətəninə ləyaqətli vətəndaş olaraq “millətin sinəsində vuran ürək və mənəviyyat qalasıdır”. Bu qalanın möhkəmliyi onun əxlaqı, mənəviyyatı, tərbiyyəsi, təhsilidir... Onun ailə mühitində yaratdığı və formalaşdırdığı zəngin təcrübə bu gün övladlarına, nəvələrinə, nəticələrinə bir mayaq rolunu oynayır.  

Hasil müəllim sədaqətli, xeyirxah ömür-gün yoldaşı, qayğıgeş ailə başçısı, mehriban baba və ən əsası xalqımıza başucalığı gətirən bir ziyalı idi. Onun iş dünyası haqqında yetərincə oxucuma məlumat versəm də, təəssüf ki, yaxşı, xeyirxah bir “şəxsiyyət kimi portretini tamamlaya, aça bilmədim”.

Hasil müəllim haqqında yazılan məqalələrin birində sonda çox gözəl qeyd edilib ki, “O, maarifimizin, təhsilimizin həm yetirməsi, həm də onun veteranıdır”. 

Bu gün də onun xoş əməllərindən bəhs ediləndə hamı onun ruhunu xeyirxahlıqla yad edir. Hasil müəllim 2022-ci ilin fevral ayında haqq dünyasına qovuşub. Amma onun təhsil, təlim sahəsində bizə miras qoyub getdiyi xeyirxah əməlləri, dəyərli tövsiyələri, məsləhətləri hər zaman gənc nəslin yardımcısıdır. Ona görə də belə insanlar amalları və əməlləri ilə hər zaman əbədi yaşardır.

Qərənfil Dünyamin qızı, 

Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see268

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see251

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see148

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see146

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri