Macarıstan Avropada mötəbər tərəfdaşımızdır | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkələrimiz arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri olan Macarıstanla münasibətlər bütün sahələrdə olduğu kimi, iqtisadi müstəvidə də yüksələn xətlə inkişaf edir.
Budapeştdə keçirilən Azərbaycan–Macarıstan Birgə İqtisadi Komissiyasının iclası, Azərbaycan-Macarıstan biznes forumu bir daha göstərdi ki, iki ölkə arasında iqtisadi - enerji əməkdaşlığı strateji mahiyyət daşıyır.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən Macarıstan-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra iki ölkə arasındakı enerji əməkdaşlığı barədə olduqca maraqlı fikirlər səsləndirdi.
P. Siyarto bildirdi ki, Macarıstanın aparıcı enerji şirkəti MOL artıq Azərbaycanın ən iri karbohidrogen yataqlarından birində operator statu
Xam neft hasilatından sonra gələn ildən MOL-un təbii qaz istehsalına başlaması planlaşdırılır.
Bu, Azərbaycanın enerji strategiyasının Avropada getdikcə daha geniş coğrafiyanı əhatə etdiyini göstərir.
Maraqlı məqam odur ki, əhəmiyyətli karbohidrogen ehtiyatlarına malik olmayan Macarıstan Azərbaycanla tərəfdaşlıq sayəsində faktiki olaraq enerji istehsalçısına çevrilib.
Tam oxu
Xəbəri oxu