Icma.az
close
up
RU
Macarıstan Avropada mötəbər tərəfdaşımızdır

Macarıstan Avropada mötəbər tərəfdaşımızdır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkələrimiz arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri olan Macarıstanla münasibətlər bütün sahələrdə olduğu kimi, iqtisadi müstəvidə də yüksələn xətlə inkişaf edir. Budapeştdə keçirilən Azərbaycan–Macarıstan Birgə İqtisadi Komissiyasının iclası, Azərbaycan-Macarıstan biznes forumu bir daha göstərdi ki, iki ölkə arasında iqtisadi - enerji əməkdaşlığı strateji mahiyyət daşıyır.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən Macarıstan-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra iki ölkə arasındakı enerji əməkdaşlığı barədə olduqca maraqlı fikirlər səsləndirdi. P. Siyarto bildirdi ki, Macarıstanın aparıcı enerji şirkəti MOL artıq Azərbaycanın ən iri karbohidrogen yataqlarından birində operator statusu əldə etmək üzrədir. Xam neft hasilatından sonra gələn ildən MOL-un təbii qaz istehsalına başlaması planlaşdırılır. Bu, Azərbaycanın enerji strategiyasının Avropada getdikcə daha geniş coğrafiyanı əhatə etdiyini göstərir.

Maraqlı məqam odur ki, əhəmiyyətli karbohidrogen ehtiyatlarına malik olmayan Macarıstan Azərbaycanla tərəfdaşlıq sayəsində faktiki olaraq enerji istehsalçısına çevrilib. Hazırda MOL və dövlətə məxsus MVM şirkətləri Azərbaycanın ən iri neft və qaz yataqlarında pay sahibidir. Statistikaya diqqət yetirsək, ötən il MOL qrupunun hasil etdiyi karbohidrogenlərin 15 faizi Azərbaycan yataqları ilə bağlı olub – bu isə təxminən 5 milyon barel neft deməkdir. MVM isə ötən ilin cəmi dörd ayında 382 milyon kubmetr qaz hasil edib.

Qeyd edək ki, Macarıstan şirkətləri Azərbaycanın iki strateji enerji layihəsində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında paya sahibdir. Yaxın zamanda yeni kontraktın imzalanması nəzərdə tutulur ki, bununla da Macarıstan tərəfi Azərbaycanın qurudakı neft yataqlarında da fəaliyyətə başlayacaq. Ötən ildən etibarən ölkəmiz Macarıstana təbii qaz ixracına start verib və Azərbaycan bu ölkənin enerji tələbatını təmin edəcək imkanlara malikdir.

Azərbaycan–Macarıstan enerji tərəfdaşlığının miqyası təkcə rəqəmlərlə ölçülmür. Əldə olunan uğurlar Macarıstanın regional enerji təhlükəsizliyinə yeni nəfəs gətirir, Avropanın enerji xəritəsində Azərbaycanın strateji rolunu daha da gücləndirir. Əgər əvvəllər Macarıstan Azərbaycanın yalnız neft və qaz ixrac etdiyi tərəfdaş idisə, artıq Macarıstan şirkətləri beynəlxalq bazarlarda satıcı kimi çıxış edir. Bu isə Bakının enerji diplomatiyasının uğurla işlədiyini təsdiqləyir.

Ənənəvi enerji ixracı ilə yanaşı, bərpaolunan enerji sahəsində də geniş perspektivlər var. Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb.

Əməkdaşlıq enerji ilə bitmir. Macarıstan şirkətləri Azərbaycan bazarında digər sahələrdə də aktiv fəaliyyətə başlayıblar. Macarıstan rəsmisinin ifadələrinə görə, əczaçılıq sektorunda artıq yerli istehsal müəssisələrinin qurulması nəzərdə tutulur. Bundan əlavə, Macarıstanın məşhur “Hell Energy” brendi Azərbaycanda istehsal obyektinin tikintisinə hazırlaşır.

Azərbaycan – Macarıstan Biznes Forumu da əlamətdarlığı ilə yadda qaldı. Forum çərçivəsində Azərbaycanın "Hieronica Limited" şirkəti ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) arasında Anlaşma Memorandumu imzalandı. Biznes forumda iş adamları arasında görüşlər keçirildi, gələcək əməkdaşlığa dair müzakirələr aparıldı. Biznes forumda ümumilikdə 90-dan artıq şirkət, o cümlədən Azərbaycandan 30 şirkət iştirak etdi.

Yəni Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu etiraf etməyənlər indi Budapeşt və Bakının birgə layihələrinə diqqətlə baxırlar. Əgər vaxtilə bu əməkdaşlığa xəbisliklə yanaşanlar bu gün reallıqla barışmağa məcburdurlar.

Azərbaycan və Macarıstanın enerji əməkdaşlığı həm region, həm də Avropa üçün yeni meydan açır. Bu tərəfdaşlıq göstərir ki, qarşılıqlı etimada əsaslanan münasibətlər yalnız iqtisadi dividendlər deyil, həm də siyasi yaxınlaşma yaradır.

Vüqar BAYRAMOV
Milli Məclisin deputatı

Azərbaycan və Macarıstan arasında uzunmüddətli strateji tərəfdaşlıq mövcuddur. İki ölkə arasında həm dövlət başçılarının münasibətləri, həm də dövlətlərarası strateji əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın qurulmasına şərait yaradıb. Bu əməkdaşlığı bir tərəfdən, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi kimi qiymətləndirmək olar. Digər tərəfdən isə Azərbaycan artıq Avropada mavi qaz tələbinin ödənilməsində idxal baxımından ilk beşlikdə qərarlaşıb.

Uzunmüddətli perspektivdə neftə olan tələbin ödənilməsində də Azərbaycan əsas ölkələrdən biri kimi çıxış edir. Bütün bunlar göstərir ki, Azərbaycan və Macarıstan arasındakı əməkdaşlıq həm enerji, həm də qeyri-enerji sektorlarını əhatə etməkdədir. P. Siyartonun dediyi kimi, bir zamanlar Cənub Qaz Dəhlizinin reallaşmasına tərəddüdlə yanaşanlar, hətta bəzi hallarda layihənin mümkün olmayacağını iddia edənlər olmuşdu. Lakin bu gün həmin layihənin uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin siyasi iradəsinin və uzaqgörən liderliyinin bariz nümunəsidir.

Bu gün isə vəziyyət tamamilə dəyişib. Artıq təkcə Bakıda deyil, bir sıra digər paytaxtlarda da Azərbaycan Prezidenti ilə görüşmək və şəkil çəkdirmək üçün növbəyə duranlar var. Bu isə ilk növbədə, İlham Əliyevin qətiyyətli liderliyini və Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirən etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Bütün bunların fonunda Azərbaycan hazırda yalnız Avropada deyil, bütövlükdə regionda enerji təhlükəsizliyinin formalaşmasında mühüm paya malikdir.

Nurlan ABDALOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri