“Macarıstan ilk olaraq Qarabağın yenidən qurulmasında iştirak niyyətini bəyan edib” Səfir …
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda Macarıstanın Milli Günü və 1956-cı il İnqilabının ildönümünə həsr olunmuş tədbir keçirilib.
525.az xəbər verir ki, bayram mərasimində hökumət rəsmiləri, Milli Məclisin üzvləri, diplomatik korpusun rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma çıxışında iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Diplomat bildirib ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müstəqilliyinin ilk günlərindən dəstəkləyib: "Bu dəstək beynəlxalq hüququn prinsiplərinə hörmət və anlayış əsasında olmaqla yanaşı, həm də suverenliyə olan həssaslığımızdan irəli gələn təbii reaksiya idi.
Azərbaycan bir neçə gün əvvəl - oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd etdiyi və tezliklə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illik yubileyini qeyd edəcəyi bir vaxtda vurğulamaq lazımdır ki, Macarıstan adından suverenliyə dəstək heç vaxt sadəcə nəzəri xarakter daşımayıb.
Macarıstan hüquqşünasları Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasına öz töhfələrini veriblər".
Səfir əlavə edib ki, bu əməli dəstəyin təbii davamı ondan ibarətdir ki, beş il əvvəl Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Macarıstan ilk olaraq Qarabağın yenidən qurulmasında iştirak etmək niyyətini bəyan etdi və hazırda bu işlər davam edir: "Bu gün xalqlarımız müstəqil, suveren və azaddır.
Tam oxu
Xəbəri oxu