Icma.az
close
up
RU
“Macarıstan ilk olaraq Qarabağın yenidən qurulmasında iştirak niyyətini bəyan edib” Səfir

“Macarıstan ilk olaraq Qarabağın yenidən qurulmasında iştirak niyyətini bəyan edib” Səfir

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda Macarıstanın Milli Günü və 1956-cı il İnqilabının ildönümünə həsr olunmuş tədbir keçirilib.

525.az xəbər verir ki, bayram mərasimində hökumət rəsmiləri, Milli Məclisin üzvləri, diplomatik korpusun rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma çıxışında iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Diplomat bildirib ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müstəqilliyinin ilk günlərindən dəstəkləyib: 

"Bu dəstək beynəlxalq hüququn prinsiplərinə hörmət və anlayış əsasında olmaqla yanaşı, həm də suverenliyə olan həssaslığımızdan irəli gələn təbii reaksiya idi. Azərbaycan bir neçə gün əvvəl - oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd etdiyi və tezliklə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illik yubileyini qeyd edəcəyi bir vaxtda vurğulamaq lazımdır ki, Macarıstan adından suverenliyə dəstək heç vaxt sadəcə nəzəri xarakter daşımayıb. Macarıstan hüquqşünasları Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasına öz töhfələrini veriblər".

Səfir əlavə edib ki, bu əməli dəstəyin təbii davamı ondan ibarətdir ki, beş il əvvəl Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Macarıstan ilk olaraq Qarabağın yenidən qurulmasında iştirak etmək niyyətini bəyan etdi və hazırda bu işlər davam edir: "Bu gün xalqlarımız müstəqil, suveren və azaddır. Münasibətlərimiz bütün səviyyələrdə və hər sahədə əladır və 2023-cü ilin yanvarında genişlənmiş strateji tərəfdaşlığa yüksəlib. O vaxtdan bəri Prezident İlham Əliyev iki dəfə Macarıstana, Baş nazir Viktor Orban isə dördüncü dəfə Azərbaycana səfər edib və onlar bir sıra beynəlxalq görüşlər keçiriblər. Birgə İqtisadi Komissiyanın XI iclası sentyabr ayında Budapeştdə keçirilmiş, hər iki ölkədən rekord sayda biznes nümayəndələrinin iştirak etdiyi biznes forumu ilə müşayiət olunub. Bu yaxınlarda paytaxtımızda nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçirilib və biz xarici işlər nazirlərinin başçılığı ilə strateji dialoqun növbəti sessiyasına hazırlaşırıq. Münasibətlərin davamlı inkişafı üçün bütün şərait yaradılıb".

Səfir söyləyib ki, Macarıstanın MOL və MVM şirkətləri Azərbaycanda dünyanın ən böyük təbii qaz və xam neft yataqlarında mülkiyyət hüququ əldə ediblər, şirkətlər beynəlxalq enerji bazarlarına fərqli imkanlarla çıxa bilər, yəni təkcə alıcı kimi deyil, həm də satıcı kimi: "Beləliklə, SOCAR və bizim iki şirkətimizlə sıx əməkdaşlıq təkcə korporativ məsələ deyil, həm də Macarıstanın enerji təhlükəsizliyinə və enerji suverenliyimizə güclü töhfədir. Macarıstan bunu yüksək qiymətləndirir”. 

Xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxışında hökumət adından təbriklərini çatıdıb. Bildirib ki, ötən illər ərzində iki ölkə arasında qarşılıqlı hörmət və möhkəm dostluğa söykənən strateji tərəfdaşlıq əlaqələri təşəkkül tapıb. Bu əlqələr 2023-ci ildən genişləndirimiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

“Əlaqələrimiz ümumi tariximiz, beynəlxalq hüquqa sadiqliyimiz, ortaq baxışlarımız və liderlərimizin siyasi iradəsi kimi möhkəm təməllər üzərində qurulub. Ölkə lderlərinin müntəzəm görüşləri və müxtəlif beynəlxalq tədbirlər çərçivəsindəki birbaşa təmasları bütün sahələrdə əlqələrin inkişafına zəmin yaradır”. 

Nazir müavini əlavə edib ki, Macarıstan və Azərbaycan Xarici İşlər nazirlikləri  arasında üçüncü strateji dialoqun dekabr ayında keçirilməsi planlaşdırılır. 

“İqtisadi əməkdaşlığımızda yüksələn dinamka mövcuddur. Bu dinamika enerji, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, investisiyalar və s. sahələri əhatə edir. Ötən il Macarıstan Azərbaycanda üçüncü ən böyük sərmayəçi olub. Enerji sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrdə mühüm yer tutur. Macarıstan enerji sektorumuzda əsas tərəfdaşlardan biridir. Eyni zamanda, azad olunmuş ərazilərimizin yenidən qurulmasında da fəal iştirak edir. Həmçinin, təhsil sahəsində də çox yaxşı əməkdaşlığımız möbcuddur”, - XİN rəsmisi deyib.
Ümid etdiyini bildirib ki, birgə səylər sayəsində dostliq və starteji tərəfdaşlıq münasibətləri bundan sonra da bütün müstəvilərdə möhkəmlənməkdə davam edəcək.

Mərasimdə səfir Tamaş Torma Macarıstan Prezidenti tərəfindən Milli Məclisin deputat və Azərbaycan–Macarıstan Dostluq Qrupunun rəhbəri Əli Hüseynlini təltif etdiyi Macarıstanın Xidmətlərə görə Komandor Ordenini təqdim edib. Orden onun ikitərəfli parlament və mədəni əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə təqdim olunub.

Axşamın bədii hissəsində Tilla Török Xalq Ansamblı Macarıstan və Azərbaycan xalq mahnılarını ifa edib. Tilla xanımın güclü və duyğulu səsi, həmçinin xalq və müasir musiqi alətlərinin harmoniyası tədbirə xüsusi rəng qatıb.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri