Macarıstan müxalifəti Rusiyadan enerji təchizatının davam etdirilməsini istəyir

23.11.2026

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Macarıstan müxalifəti Rusiyadan enerji təchizatının davam etdirilməsini istəyir. Belə ki, ölkə parlamentinin "Bizim Vətənimiz" partiyası Rusiya ilə mövcud enerji müqavilələrinin qorunması üçün qanun layihəsi hazırlayır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Parlamentin sədr müavini Dora Duro ildirib .
O qeyd edib ki, Vətənimiz Partiyası milli enerji təhlükəsizliyinin və şəbəkə sabitliyinin qorunmasına yönəlmiş qanun layihəsi üzərində işləyir. Sənəddə Paks-2 layihəsinin inkişafına dəstək, eləcə də mövcud neft və qaz müqavilələrinin saxlanılması yer alacaq. Duró vurğulayıb ki, bu, Macarıstanın milli maraqlarını Qərb və qlobalist siyasi gündəmlərdən qoruyacaq.
Duronun qeyd etdiyi kimi, Macarıstanın neftinin təxminən 90%-i və təbii qaz tədarükünün 75%-i Rusiya ilə uzunmüddətli müqavilələr çərçivəsində təmin edilir və mövcud müqavilələr Budapeşti ən ucuz resurs mənbəyi ilə təmin edir. Sədr müavini hesab edir ki, Paks II layihəsi Macarıstanın idxal olunan elektrik enerjisindən asılılığını aradan qaldırmaq üçün vacibdir.
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью