Macarıstan müxalifəti Rusiyadan enerji təchizatının davam etdirilməsini istəyir
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstan müxalifəti Rusiyadan enerji təchizatının davam etdirilməsini istəyir. Belə ki, ölkə parlamentinin "Bizim Vətənimiz" partiyası Rusiya ilə mövcud enerji müqavilələrinin qorunması üçün qanun layihəsi hazırlayır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Parlamentin sədr müavini Dora Duro ildirib .
O qeyd edib ki, Vətənimiz Partiyası milli enerji təhlükəsizliyinin və şəbəkə sabitliyinin qorunmasına yönəlmiş qanun layihəsi üzərində işləyir. Sənəddə Paks-2 layihəsinin inkişafına dəstək, eləcə də mövcud neft və qaz müqavilələrinin saxlanılması yer alacaq. Duró vurğulayıb ki, bu, Macarıstanın milli maraqlarını Qərb və qlobalist siyasi gündəmlərdən qoruyacaq.
Duronun qeyd etdiyi kimi, Macarıstanın neftinin təxminən 90%-i və təbii qaz tədarükünün 75%-i Rusiya ilə uzunmüddətli müqavilələr çərçivəsində təmin edilir və mövcud müqavilələr Budapeşti ən ucuz resurs mənbəyi ilə təmin edir. Sədr müavini hesab edir ki, Paks II layihəsi Macarıstanın idxal olunan elektrik enerjisindən asılılığını aradan qaldırmaq üçün vacibdir.
Anar
Bu mövzuda digər xəbərlər:Siyarto: Macarıstan Rusiyadan qaz almaq istəyir
20 Yanvar 2025 22:46
Macarıstan Rusiyadan neft almağa davam edəcək
16 Sentyabr 2025 16:30
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
18 Sentyabr 2025 10:36
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
12 Oktyabr 2026 01:18
Orban: Macarıstan Rusiyadan yararlanmaq niyyətindədir
12 Noyabr 2025 17:23
Baxış sayı:45
Bu xəbər 23 Noyabr 2026 02:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















