“Macarıstan Ukrayna münaqişəsinin həllinə kömək etməyə hazırdır” Madyar

16.10.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Macarıstanın yeni hökuməti Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına, o cümlədən bütün mövcud diplomatik vasitələrdən istifadə etməklə dəstək göstərməyə hazırdır”. 

525.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar sosial şəbəkə hesabında bildirib.

O deyib ki, Brüsseldə Avropa İttifaqının sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bunu ona çatdırıb.

“Həmin görüşdə Macarıstanın dərhal atəşkəsə nail olmaq və davamlı sülhün bərqərar edilməsi üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməklə kömək göstərməyə hazır olduğunu bildirdim”, - hökumət başçısı söyləyib.

Eyni zamanda Rusiyanın Ukraynaya qarşı hərəkətlərini təcavüz kimi xarakterizə edib.

Madyarın sözlərinə görə, Zelenski ilə iki ölkə arasında nazirliklər səviyyəsində məsləhətləşmələrin davam etdirilməsi, milli azlıqların vəziyyətinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsi barədə razılığa gəlib:

“Biz hər iki ölkənin maraqlarına uyğun olaraq siyasi və iqtisadi münasibətlərin yeni əsaslar üzərində qurulmasının vacibliyi barədə razılığa gəldik”.
Baş nazir Macarıstan və Ukrayna arasında Zakarpatyedəki macar azlığının hüquqlarının möhkəmləndirilməsinə dair əldə olunmuş siyasi razılaşmanı da alqışlayıb; “Ukrayna Ali Radasının bu razılaşmaya əsaslanan milli azlıqların təhsili haqqında qanunu qəbul etməsini, eləcə də Ukrayna tərəfinin onun icrasına dərhal başlamasını qarşılıqlı etimadın bərpası istiqamətində ilk addım kimi qiymətləndirdik”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью