“Macarıstan Ukrayna münaqişəsinin həllinə kömək etməyə hazırdır” Madyar
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Macarıstanın yeni hökuməti Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına, o cümlədən bütün mövcud diplomatik vasitələrdən istifadə etməklə dəstək göstərməyə hazırdır”.
525.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar sosial şəbəkə hesabında bildirib.
O deyib ki, Brüsseldə Avropa İttifaqının sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bunu ona çatdırıb.
“Həmin görüşdə Macarıstanın dərhal atəşkəsə nail olmaq və davamlı sülhün bərqərar edilməsi üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməklə kömək göstərməyə hazır olduğunu bildirdim”, - hökumət başçısı söyləyib.
Eyni zamanda Rusiyanın Ukraynaya qarşı hərəkətlərini təcavüz kimi xarakterizə edib.
Madyarın sözlərinə görə, Zelenski ilə iki ölkə arasında nazirliklər səviyyəsində məsləhətləşmələrin davam etdirilməsi, milli azlıqların vəziyyətinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsi barədə razılığa gəlib:
“Biz hər iki ölkənin maraqlarına uyğun olaraq siyasi və iqtisadi münasibətlərin yeni əsaslar üzərində qurulmasının vacibliyi barədə razılığa gəldik”.
Baş nazir Macarıstan və Ukrayna arasında Zakarpatyedəki macar azlığının hüquqlarının möhkəmləndirilməsinə dair əldə olunmuş siyasi razılaşmanı da alqışlayıb; “Ukrayna Ali Radasının bu razılaşmaya əsaslanan milli azlıqların təhsili haqqında qanunu qəbul etməsini, eləcə də Ukrayna tərəfinin onun icrasına dərhal başlamasını qarşılıqlı etimadın bərpası istiqamətində ilk addım kimi qiymətləndirdik”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Oktyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















