Maddə asılılığı beyin funksionallığına necə təsir edir? Psixoloqdan AÇIQLAMA | Icma.az
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Asılılıq prosesinin formalaşmasında beyni mexanizminin əhəmiyyəti böyükdür.
Asılılıq beynin neyrokimyəvi pozuntusu nəticəsində yaranan xroniki beyin xəstəliyi kimi tərif edilir".Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq, psixoterapevt Ramin Allahverdiyev deyib.Onun sözlərinə görə, beyin xəstəliyi dedikdə beyində yaranan funksional dəyişim nəzərdə tutulur:“Burda aparıcı faktor mükafatlandırma sistemindəki dəyişimdir.
Beynimizdə 200-dən çox neyrotransmitter var. Asılılıqda bizim üçün ən vacib prosesi həyata keçirən 4-5 neyrotransmitter var.
Onların beyində müəyyən formada artımı və azalması asılılıq prosesinə təsir edir. Hər birimizin gündəlik həyatda göstərdiyi davranışlar var.
Bu davranışları həyata keçirdikdə beynimizdə davranış neyrotransmitteri kimi dəyərləndirdiyimi dopamin istifadə olunur.
Maşın sürmək, ləzzətli yemək yemək, sevdiklərimizlə vaxt keçirmək kimi proseslərdə beyin müəyyən miqdarda dopamin ifraz edir.
İnsan bu davranışdan həzz alır".O qeyd edib ki, insan beyni maksimum 80-100 vahid dopamin ifraz edir və bu da intim münasibət zamanı özünü göstərir:"Hazırda AR qanunvericiliyində daşınması və satışı qadağan olunan psixostimulyatorlar qrupuna aid olan maddələrin istifadəsi zamanı beynimizdə 1ə 2000-3000 dopamin ifraz olunur.
Bu ifrazdan sonra beyin əvvəl həyata keçirdiyi davranışları bloklayır. Nəticədə maddənin yaratdığı yeni davranışları həyata keçirir.
Tam oxu
Xəbəri oxu