Azxeber.com saytına istinadən Icma.az xəbər verir. "Magistratura pilləsində bu qədər boş yerin qalması təəccüblü görünsə də, əslində bu, son
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli deyib.
O qeyd edib ki, bu il magistratura pilləsinə ixtisas seçimi edən 15555 nəfərdən 13446 nəfəri qəbul olunub: "Amma bu rəqəmlərin arxasında çox acı bir reallıq var: ümumilikdə 16794 plan yeri ayrılıb, lakin 3300-dən çox plan yeri boş qalıb.
3300-dən çox plan yerinin boş qalması keçid ballarının yüksək olması və ya tələbələrin düzgün seçim etməməsi ilə bağlı olması sualına ekspert Sualı yalnız "ballar yüksəkdir” və ya "tələbələr düzgün seçim etmir” çərçivəsində cavablandırmaq prosesi səthi qiymətləndirmək olardı deyə bildirib.
Çünki bu məsələnin arxasında həm təhsil siyasətinə, həm iqtisadi reallıqlara, həm də sosial bərabərliyə toxunan bir sıra əsaslı səbəblər dayanır: "Əvvəla, qeyd etmək lazımdır ki, bir çox universitetlər real tələbat və qəbul imkanları ilə uzlaşmayan şəkildə plan yerləri müəyyən edirlər.
Əgər biz əmək bazarının tələblərini, magistr təhsili alan kadrların yerləşdirilmə statistikasını və ali təhsil sistemindəki doluluq göstəricilərini nəzərə alsaq, görərik ki, bəzi ixtisaslarda ehtiyacdan daha çox yer ayrılıb.
Bu isə planlaşdırma və proqnozlaşdırma məsələlərində ciddi çatışmazlıqlar olduğunu göstərir".
Ekspert magistr ixtisasında təhsil haqqının yüksək olduğunu vurğulayıb: "İkinci əsas məsələ maliyyə amilidir.