Icma.az
close
up
RU
Magistr ixtisaslarında illik təhsil haqqı yüksəkdir Ekspert

Magistr ixtisaslarında illik təhsil haqqı yüksəkdir Ekspert

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

"Magistratura pilləsində bu qədər boş yerin qalması təəccüblü görünsə də, əslində bu, son illərin yığılmış və sistemli şəkildə üzə çıxan nəticəsidir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli deyib.

O qeyd edib ki, bu il magistratura pilləsinə ixtisas seçimi edən 15555 nəfərdən 13446 nəfəri qəbul olunub: 

"Amma bu rəqəmlərin arxasında çox acı bir reallıq var: ümumilikdə 16794 plan yeri ayrılıb, lakin 3300-dən çox plan yeri boş qalıb.

3300-dən çox plan yerinin boş qalması keçid ballarının yüksək olması və ya tələbələrin düzgün seçim etməməsi ilə bağlı olması sualına ekspert  Sualı yalnız "ballar yüksəkdir” və ya "tələbələr düzgün seçim etmir” çərçivəsində cavablandırmaq prosesi səthi qiymətləndirmək olardı deyə bildirib. Çünki bu məsələnin arxasında həm təhsil siyasətinə, həm iqtisadi reallıqlara, həm də sosial bərabərliyə toxunan bir sıra əsaslı səbəblər dayanır:

"Əvvəla, qeyd etmək lazımdır ki, bir çox universitetlər real tələbat və qəbul imkanları ilə uzlaşmayan şəkildə plan yerləri müəyyən edirlər. Əgər biz əmək bazarının tələblərini, magistr təhsili alan kadrların yerləşdirilmə statistikasını və ali təhsil sistemindəki doluluq göstəricilərini nəzərə alsaq, görərik ki, bəzi ixtisaslarda ehtiyacdan daha çox yer ayrılıb. Bu isə planlaşdırma və proqnozlaşdırma məsələlərində ciddi çatışmazlıqlar olduğunu göstərir".

Ekspert magistr ixtisasında təhsil haqqının yüksək olduğunu vurğulayıb:

"İkinci əsas məsələ maliyyə amilidir. Təəssüf ki, bir çox ödənişli magistr ixtisaslarında illik təhsil haqqı o qədər yüksəkdir ki, bu, sadəcə tələbənin imkanı deyil, ailənin bütün sosial-iqtisadi vəziyyəti ilə bağlı ciddi yük yaradır. Xüsusilə regiondan olan tələbələr üçün bu xərcləri qarşılamaq real görünmür. Nəticədə namizəd qəbul olunsa belə, təhsilə başlamır və ya heç müraciət etmir. Təhsilin əlçatanlığı prinsipi bu halda açıq şəkildə pozulur".

Əmrah Həsənli həmçinin bildirib ki, bu tip problemlırin yaranmasının əsas səbəblərindən biri də dövlət sifarişli yerlərin az olmasıdır:

"Daha ciddi və düşündürücü məqam isə dövlət sifarişi ilə ayrılan yerlərin azlığıdır. Bu il bir çox ixtisaslarda ödənişli yerlər dövlət sifarişli yerləri sayca üstələyib. Halbuki təhsil siyasətində ədalətli və balanslı yanaşmanın əsas dayaqlarından biri dövlət sifarişi mexanizmi olmalıdır. Əgər akademik göstəricisi yüksək olan tələbə yalnız maddi səbəblərə görə magistr təhsilinə davam edə bilmirsə, burada artıq bərabər imkanlar pozulur. Bu da həm sosial narazılıq doğurur, həm də savadlı gənclərin sistemdən uzaqlaşmasına səbəb olur. Digər tərəfdən, ixtisas seçimi mərhələsində maarifləndirici tədbirlərin və peşəkar məsləhət xidmətlərinin zəifliyi də ciddi rol oynayır. Tələbələr ya prosesə gec qoşulurlar, ya da düzgün istiqamətləndirilmirlər. Bəzi hallarda ixtisas seçimi emosional qərarlarla, yaxud yalnız universitet adı və reputasiyası əsasında verilir. Halbuki magistratura daha dərin və məqsədli təhsil pilləsidir, burada seçimlər həm sahəyə bağlılıq, həm gələcək hədəflər, həm də əmək bazarının ehtiyacları fonunda aparılmalıdır. Bu isə professional dəstək olmadan asan deyil. Sonda isə bir məsələni xüsusi qeyd etmək istərdim: plan yerlərinin dolmaması yalnız "tələbə günahıdır” kimi təqdim edilməməlidir. Bu, sistemin planlaşdırma, maliyyələşdirmə, məlumatlandırma və ictimai bərabərlik mexanizmlərindəki boşluqların üzə çıxmasıdır. Əgər bu məsələlər hərtərəfli şəkildə dəyərləndirilməzsə, gələcək illərdə də eyni mənzərəni müşahidə edəcəyik – yəni boş qalan yerlər, təhsildən uzaqlaşan gənclər və sistemə olan güvənin azalması".

Günel Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 İyul 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri