Magistral yolda ayağını pəncərədən çıxaran sürücü CƏZALANDIRILDI

15.09.2026

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Sosial şəbəkələrdə Ələt-Astara avtomobil yolunun 85-ci kilometrliyində yük avtomobilinin sürücüsünün hərəkət zamanı sol ayağını pəncərədən çıxardığını əks etdirən görüntülər yayılıb.

Hadisə ilə bağlı “Bakupost”un sorğusuna cavab olaraq Baş DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Elvin Hacıyev bildirib ki, sözügedən videogörüntü əsasında sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb:

“Bildiririk ki, nəqliyyat vasitəsini idarə edərkən bu cür intizamsızlığa yol verilməsi yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaradır. Digər hərəkət iştirakçılarının narazılığına və haqlı ictimai qınağa səbəb olan belə hərəkətlər yolverilməzdir”.

Lalə Novruz, BakuPost




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью