Magistral yolda ayağını pəncərədən çıxaran sürücü CƏZALANDIRILDI
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə Ələt-Astara avtomobil yolunun 85-ci kilometrliyində yük avtomobilinin sürücüsünün hərəkət zamanı sol ayağını pəncərədən çıxardığını əks etdirən görüntülər yayılıb.
Hadisə ilə bağlı “Bakupost”un sorğusuna cavab olaraq Baş DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Elvin Hacıyev bildirib ki, sözügedən videogörüntü əsasında sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb:
“Bildiririk ki, nəqliyyat vasitəsini idarə edərkən bu cür intizamsızlığa yol verilməsi yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaradır. Digər hərəkət iştirakçılarının narazılığına və haqlı ictimai qınağa səbəb olan belə hərəkətlər yolverilməzdir”.
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:Ayağını yolboyu pəncərədən çıxaran sürücü təhlükə saçdı
09 Sentyabr 2025 13:18
Ayağını pəncərədən çıxaran sərnişin cəzalandırıldı VİDEO KONKRET
30 İyul 2025 13:27
Kəsilən ayağını məzardan çıxaran GENERAL!
09 Yanvar 2025 22:06
Dayanacaqda avtomobil park edən sürücü CƏZALANDIRILDI
21 Fevral 2026 12:53
Baxış sayı:129
Bu xəbər 15 Sentyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















